Xəstəliyin yaxşılaşmasına, qorxunun aradan getməsinə, ailə qurmasına yardım edər – “Zariyat” surəsinin fəzilətləri
Müəllif: Admin
Tarix: 14-03-2020, 15:24
Xəstəliyin yaxşılaşmasına, qorxunun aradan getməsinə, ailə qurmasına yardım edər – “Zariyat” surəsinin fəzilətləri
“Zariyat” surəsi – Quranın 51-ci surəsidir ki, Məkkədə nazil olmuş və 60 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) bu surə ilə bağlı buyurur: “Hər kim “Zariyat” surəsini oxuyar, dünyada əsən küləklərin on bərabəri qədər ona on həsənə verilər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim “Zariyat” surəsini oxuyar, parlayan çıraq kimi qəbirdə nurani olmasına səbəb olar”.

İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Hər kim “Zariyat” surəsini oxuyar, Allah məişət işlərini islah edər, ona çoxlu ruzi əta olunar”.

Bu surənin bərəkətləri:

1. Xəstəliklərin yaxşılaşması. İmam Sadiq (ə) buyurur: “Əgər bu surəni yataqda olan xəstə yanında yazsanız, Allah ona ciddi şəkildə asanlıq edər”.

2. Qorxunu aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər “Zariyat” surəsini çini və ya billur qaba yazsalar və yuyub suyunu içsələr, qorxu aradan qalxar. Əgər çətin doğumu olan qadına yazıb boynundan assalar, tezliklə doğar”.

3. Qızların ailə qurmasına yardım edər. Hər kim “Zariyat” surəsinin 49-cu ayəsini yazıb ərə getməmiş qızın boynundan asarsa, Allahın lütfü ilə tezliklə ərə gedəcəkdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031