"Muhəmməd" surəsini tilavət etməyin fəziləti
Müəllif: Admin
Tarix: 13-03-2020, 20:20
"Muhəmməd" surəsini tilavət etməyin fəziləti
“Muhəmməd“ surəsi Mədinədə nazil olmuş və 38 ayədən ibarətdir.

Bu surәnin 2-ci аyәsindә İslam Pеyğәmbәrinin (s) mübаrәk аdı çәkildiyindәn surә “Muhəmməd“ аdlаndırılmışdır. Surənin ikinci adı isə “Qital“dır (Döyüş surəsi).

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَن قَرَأَ سورَةَ مُحَمَّد کانَ حَقّاً عَلَى اللّهِ أن یَسقِیَهُ مِن أنهارِ الجَنَّةِ

““Muhəmməd“ surəsini tilavət edən şəxsin Behişt çaylarından sirab olması Allahın üzərində bir haqdır.“ (“Məcməul-bəyan“, 9-cu cild, səh.144, “Muhəmməd“ surəsinin təfsirinin başlanğıcı).

İmam Sadiq (ə) buyurmuşdur:

مَن قَرَأَ سورَةَ الَّذینَ کَفَرُوا (سورَةَ مُحَمَّد (صلى الله علیه وآله)) لَم یَرتَب اَبَداً وَلَم یَدخُلهُ شَکٌّ فی دینِهِ اَبَداً وَلَم یَبتَلِهِ اللّهُ بِفَقر اَبَداً وَلا خَوفِ سُلطان اَبَداً وَلَم یَزَل مَحفُوظاً مِنَ الشِّرکِ وَالکُفرِ اَبَداً حَتّى یَمُوتَ فَإذا ماتَ وَکَّلَ اللّهُ بِهِ فی قَبرِهِ اَلفَ مَلَک یُصَلُّونَ فی قَبرِهِ وَیَکونُ ثَوابُ صَلاتِهِم لَهُ وَیُشَیِّعونَهُ حَتّى یُوقِفوهُ مَوقِفَ الاَمنِ عِندَ اللّهِ عَزَّ وَجَلَّ وَیَکونَ فی اَمانِ اللّهِ وَاَمانِ مُحَمَّد (صلى الله علیه وآله)

““Muhəmməd“ surəsini oxuyan şəxs dində şübhəyə düşməz, Allah-Taala onu heç vaxt dində fəqirliyə mübtəla etməz, onun soltandan əsla qorxusu olmaz, ömrünün sonuna qədər şirk və küfrdən amanda qalar, ölən zaman Allah-Taala min mələyi məmur edər ki, onun qəbrinə namaz qılsın və namazlarının savabını da ona əta etsin.

Bu mələklər onu məhşər səhrasında əmin-amanlıq bir yerdə saxlayana qədər ondan ayrılmazlar və o, daim Allahın və Muhəmmədin (s) amanında olar.“ (“Səvabul-əmal“,“Nurus-səqələyn“ təfsirindən nəqlən, 5-ci cild, səh.25.)

O həzrət başqa bir hədisdə belə buyurur:

مَن اَرادَ اَن یَعرِفَ حالَنا وَحالَ أعدائِنا فَلیَقرَأ سورَةَ مُحَمَّد فَإنَّهُ یَراها آیَةً فینا وَآیَةً فیهِم

“Hər kim bizim və düşmənlərimizin əhvalından xəbərdar olmaq istəyirsə, “Muhəmməd“ surəsini oxusun ki, bir ayə bizim, bir ayədə onlar barəsindədir.“ (“Məcməul-bəyan“, 9-cu cild, səh.144, “Muhəmməd“ surəsinin təfsirinin başlanğıcı; “Təfsiri-nümunə“, 21-ci cild, səh.390.)

Aydındır ki, sözügedən surənin və onun ayələrinin möhtəvasını öz canı və ruhunda yerləşdirən, İslamın qəddar, inadkar və məntiqsiz düşmənləri ilə mübarizədə azacıq belə şübhəyə qapılmayan və öz əzmindən dönməyən şəxsin dini və imanı güclənər, dünya və axirət zillətindın amanda qalar, daim ilahi rəhmət civarından bəhrələnər.


(Maide.az)
Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031