İmam Hüseynin (ə) türbətindən hazırlanmış təsbehin nə kimi bərəkət və təsirləri vardır?
![]() 2. Lakin Seyyid əş-Şühəda (ə) türbətindən hazırlanmış təsbeh barədə İmam Kazım (ə) belə buyurur: "Şiələrimiz dörd şeydən ehtiyacsız qalmazlar: Üzərində namaz qıldıqları həsir, barmaqlarına taxdıqları üzük, dişlərini fırçaladıqları misvak və otuz üç dənəsi olan Seyyid əl-Şühəda (ə) türbətindən hazırlanmış təsbeh". Hər vaxt bu təsbehlə zikr desə, Allah o zikrin müqabilində dörd savab yazar. Hər zaman zikr etmək yadından çıxsa və adət etdiyindən dolayı təsbehi zikrsiz çevirsə belə, Allah onun müqabilində iyirmi savab yazar. [1] Bu hədisin maraqlı tərəfi budur ki, İmam Hüseynin (ə)türbətindən hazırlanmış təsbehi hətta zikr demədən əldə saxlamağın belə savabı vardır. Başqa bir rəvayətdə O Həzrətdən (ə) soruşulur: Bir insanın İmam Hüseynin (ə) türbətiylə təsbeh demək caizdir? Türbət hansısa bir fəzilətə malikdirmi? İmam (ə.s) cavabında buyurur: "Seyyid əs-Şəhadənin türbətindən daha fəziləti nə ola bilər ki, əgər bir şəxs əlində türbətdən hazırlanmış təsbeh varsa və onu zikr etməyi unudaraq, yalnızca əlində çevirsə onun üçün zikr savabı yazılacaqdır."[2] [1] Şeyx Hürr Amuli, Vəsailuş-şiə, Cild, 14, Səh, 536, Qum, Alul-Beyt muəssisəsi, Qum, birinci çap, 1409 qəməri [2] Həmin mənbə. Oxşar xəbərlər
|