İnsan niyə evlənməlidir?
Mьəllif: admin1
Tarix: 29-02-2020, 11:52
İnsan niyə evlənməlidir?
Evlilik – insan həyatında baş verən ən gözəl hadisələrdən biridir. Evliliyin maddi faydaları olduğu kimi, mənəvi faydaları da vardır. Onlarla tanış olaq:

1. Həzrət Peyğəmbərin (s) sünnətinin ardıcılı olmaq. Bəndə o kəsdir ki, Allaha və Onun peyğəmbərinə (s), Əhli-Beytə (ə) itaət edər.

Hər kim Peyğəmbərə (s) itaət edərsə, əslində Allaha itaət etmiş olar. Ona görə də evli insan çalışar ki, Peyğəmbər (s) sünnətinə əməl etsin və Allaha yaxın olsun.

2. Dünya və axirət işlərində birlikdə olmaq. Evli olan cütlər bir-biri üçün mənəvi nərdivandırlar ki, onunla daha uca dərəcələrə çata bilərlər.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəsə ki, Allah şükür edən qəlb, Allahı zikrlə məşğul olan dil və imanlı həyat yoldaşı verərsə – dünya və axirətin yaxşılığını ona vermiş olur və atəşin əzabı ondan götürülər”.

3. Axirətdə mükafata çatar. İmam Əli (ə) buyurur: “Qadının cihadı – yaxşı həyat yoldaşı olmaqdır”.

Başqa hədisdə oxuyuruq: “Öz xanımına xidmət etməz, məgər o kəsdən başqa ki, siddiq olar, şəhid olar və ya o kişi olar ki, Allah onun üçün dünya və axirət xeyirini istəmişdir”.

4. Dinin yarısını qoruyar. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman bəndə evlənsə, dinin yarısını kamil etmiş olar. Qalan yarısı üçün isə təqvalı olmalıdır”.

Allah Təala cəmi subaylara layiqli həyat yoldaşı nəsib etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031