Elə işlə ki, sanki heç vaxt ölməyəcəksən. Elə qorx ki, sanki sabah öləcəksən…
![]() Həzrət Peyğəmbər (s) buyurur: “İnsanın qəbri – axirət mənzillərinin birincisidir”. İmam Sadiq (ə) buyurur: “Bəzən insanlar illəri, ayları, günləri və saatları sayarlar, ancaq bir zaman da gərək nəfəslərini saysınlar. O zaman ki, axırıncı nəfəs gəlib çatar, artıq həmin zaman nə bir an gec və nə bir an tez həyata keçər. Həmin zamanda insanın köçməsi başlayar”. İmam Əli (ə) buyurur: “Təəccüb edirəm o kəsə ki, ölümü unutmuşdur. Halbuki, ölüləri görür”. İmam Baqir (ə) buyurur: “Ey Əba Ubeydə! Ölümü çoxlu yada sal. Əgər insan onu çoxlu yada salarsa, dünyaya qarşı rəğbətsiz olar”. İmam Hüseyn (ə) buyurur: “İzzətli ölüm – əbədi həyatın bir hissəsidir, zəlilcəsinə ölüm isə həmişəlik ölümdür”. Həzrət Peyğəmbər (s) buyurur: “Elə işlə ki, sanki heç vaxt ölməyəcəksən, elə qorx ki, sanki sabah öləcəksən”. İmam Həsən Müctəba (ə) buyurur: “Səfər üçün özünü hazır et və yol azuqəni ölüm saatı gəlib çatandan əvvəl hazırla”. İmam Əli (ə) buyurur: “Ölümə – bəli, ancaq alçaqlıq və xarlığa – xeyr. Az olanla yaşamağa – bəli, ancaq ona-buna əl açmağa – xeyr”. Həzrət Peyğəmbər (s) buyurur: “Ölüm – möminin xoş ətirli gül dəstəsidir”. İmam Rza (ə) buyurur: “O kəs ki, ölümdən danışar, ancaq özünü onun üçün hazır etməz – əslində özünü məsxərə etmiş olar”. /Deyerler.org/ Oxşar xəbərlər
|
|