Həzrət Fatimeyi-Zəhra (s.ə.) – Behişt meyvələrinin şirəsi
Müəllif: admin1
Tarix: 23-01-2022, 11:14
Həzrət Fatimeyi-Zəhra (s.ə.) – Behişt meyvələrinin şirəsi
İnsan taleyində, onun səadət və bədbəxtliyində əcdadın, xüsusilə ata və ananın necəliyi təsirli amillərdəndir. Övladın taleyində ata-ananın iki rolu vardır. Bunun biri genetik (vərasət) amilidir.

Valideynin cismani və ruhi-psixoloji xüsusiyyətləri gen yolu ilə övlada ötürülür. İkinci amil isə övladın formalaşmasında ata-ananın birbaşa təmas yoludur.

Övladın taleyində ananın rolu hamıya aydındır. Çünki hamiləlik dövründə körpənin mayası (rüşeym) ananın bir üzvü kimi qidalanır, ana ruhiyyəsindən faydalanır.

Uşaqlıq dövrü də ardıcıl şəkildə ananın himayəsində keçir. Buna görə də dini yazılarda ananın əhəmiyyətli rolu gözəl və dəqiq ibarələrlə vurğulanır.

Həzrət Peyğəmbərdən (s) nəql olunur: «Hər kəsin səadət və xoşbəxtliyi ana bətnində müəyyənləşir.» («Biharul-ənvar» c.5.)

Fatimeyi-Zəhranın (s.ə.) atası

Fatimənin (s.ə.) atası bəşəriyyətin ən şərəflisi və hətta ülul-əzm peyğəmbərlərin üstünüdür. Bütün insanlar, hətta peyğəmbərlər onun rəhmət və kamal bayrağı altındadır.

Fatimənin (s.ə.) atası o şəxsdir ki, adı və fəziləti aləmi bürümüşdür. Həmin şəxsdir ki, xarkteri sübhan Allah tərəfindən imzalanmışdır.

Fatimeyi-Zəhranın (s.ə.) anası

Fatimənin (s.ə.) anası qaranlıq cahiliyyət şəraitində İslam Peyğəmbərinə (s) iman gətirmiş ilk müsəlman qadın idi. O, bütün sərvətini İslamın genişlənməsi üçün Peyğəmbərin (s) ixtiyarında qoydu.

Həmin bu pak və düşüncəli qadın bütün insanların həqiqətlə vuruşduğu cəhalət və xurafat dövründə risalətə, vəhyə, Qurana iman gətirdi.

Onun haqqında həzrət Peyğəmbər (s) buyururdu: «Xədicənin misli harada tapılar?! O məni elə bir vaxtda təsdiq etdi ki, hamı təkzib edirdi.» («Səfinətül-bihar», c. 1.)

Fatimeyi-Zəhra (s.ə.) vücuda gəldiyi zaman

Muhəmməd (s) kimi ata, Xədicə (s) kimi anadan və Peyğəmbərin (s) həssas nübuvvəti dövründə, yəni qırx gün ev və ailədən uzaqlıqdan, ibadətə vardıqdan, qeybi feyzlərdən faydalandıqdan, meracda Behişt meyvələrini daddıqdan sonra Zəhra (s) nütfəsi yoğruldu.

Bəli, Zəhra (s) Behişt meyvələrindən bir şirədir ki, yer aləminə qədəm qoymuşdur.

Həzrət Peyğəmbər (s) buyurur: «Meraca getdiyim zaman Cəbrail (ə) məni Behiştə daxil edəndə Behişt xurmalarından daddım. Meyvələr nütfəyə döndü.

Yerə qayıtdıqdan sonra Xədicə ilə yaxınlıq etdim və Fatimənin nütfəsi yoğruldu. Fatimə insan simasında bir huridir. Behişt qoxusu arzulayanda onu Fatimədən alıram.»

Bəli, Fatimə (s) Behişt meyvələrinin şirəsidir. Orada meyvələrin qəbulu, burada Fatimənin yaranışı! (Ustad Həbibullah Əhmədinin “İslamda nümunəvi qadınlar” kitabından iqtibas edilmişdir.)

Maide.az
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930