Peyğəmbərimizi (s) kim tərbiyə etmişdir?
Müəllif: Admin
Tarix: 12-02-2020, 14:33
Peyğəmbərimizi (s) kim tərbiyə etmişdir?
Ədəb nədir?

Ədəbin özü bir neçə hissəyə bölünür. O cümlədən dini ədəbə, İlahi ədəbə, peyğəmbərlərin (ə) ədəbinə, rəhmani ədəbə...

Dini ədəbə riayət etməkdə bir neçə nöqtə çox mühümdür.

1. Din, insan həyatının hər bir sahəsini əhatə edər və İlahi çərçivəsindən çıxmaz.

2. Dini ədəbin şiddətli və zəif tərəfləri vardır.

3. İslam dini – ən kamil İlahi ədəbdir ki, insan həyatının hər bir sahəsini əhatə edər. İlahi ubudiyyət yolu vasitəsilə insanları elmi və əməli tövhidə tərəfə dəvət edər. İnsanların varlığında rəhmani ədəb meydana gələr.

Əlbəttə bu məqam agahlıq, azadlıq, seçim, məsuliyyətli olmaq, dinə əməl etmək yolları ilə tədricən meydana gələr. Bu məqama layiq olan insanlar peyğəmbər (s) və bütün Məsumlardır (ə).

“Hər kim – kişi yaxud qadın – imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97).

Bu ayədə adı çəkilən təyyibə həyat – İlahi ədəblə olan həyatdır. Mömin İlahi və dini ədəbə malik olar, əxlaqı və əməli ilə imanın ən uca zirvəsinə yüksələr.

İmam Sadiq (ə) buyurur: “Böyük Allah Öz peyğəmbərini (s) tərbiyə etmişdir və çox gözəl tərbiyə etmişdir. Çünki ədəbi onda kamala çatdırmışdır.

Onun haqqında buyurmuşdur: “Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən”. (“Qələm” 4).

Sonra dini və ümməti ona tapşırır ki, bəndələrini idarə etsin”.

Həzrət Peyğəmbər (s) buyurur: “Mən Allah tərəfindən yetişdirilmişəm, Əli (ə) isə mənim tərəfimdən yetişdirilmişdir".

Beləliklə deyə bilərik ki, Allah Təala Peyğəmbərimizi (s) tərbiyə etmişdir. Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) tərbiyə etmişdir. İmam Əli (ə) isə möminləri tərbiyə etmiş və onlara İlahi ədəbi aşılamışdır.

Hər kim İlahi və dini ədəblə tərbiyə alar – Peyğəmbər (s) və Məsum İmamların (ə) ən üstün davamçısı olar. Bunu əxlaqında və əməlində nümayiş etdirər.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930