Şeytanı (lən) insanın bədənindən necə qovmaq olar?
Müəllif: Admin
Tarix: 11-02-2020, 22:36
Şeytanı (lən) insanın bədənindən necə qovmaq olar?
Oruc – elə bir ibadətdir ki, axirətdə insanı atəşdən qoruyan qalxana çevriləcək və oruc tutan bəndəni qoruyacaqdır.

Bundan başqa, oruc tutan insan şeytanı özündən uzaqlaşdırmış olar. Şeytan adətən insan bədənində qan kimi dövr edər. Ancaq aclıq səbəb olar ki, bu şeytanlar həmin bədəni tərk etsinlər.

Amma bu, elə-belə aclıqla olmur. Yalnız Allaha xatir insanın müəyyən şeylərdən imtina etməsi – hansı ki, digər vaxtlarsa bunların çoxu insana halaldır – şeytanı (lən) insandan xaric edər.

Əbu Hamid Qəzzali oruc haqqında deyir: “Bil ki, oruc üçün üç dərəcə

vardır:

- Ümumi oruc;

- Xüsüsi oruc;

- Ən xüsusilərin orucu.

Ümumi oruc dedikdə o nəzərdə tutulur ki, yemək və içməkdən çəkinəsən.

Xüsusilərin orucu odur ki, gözünü, qulağını, dilini, əlini və bədənin bütün üzvlərini günahdan saxlayasan.

Ən xüsusilərin orucu odur ki, insan qəlbi ilə oruc tutar və dünyanın nə qədər alçaq bir yer olduğunu dərk edər. O, iftar etməkdən daha çox, din və axirət məsələlərinə diqqət edər və dünyadan axirəti üçün azuqə toplamaqla məşğul olar.

Hədislərimiz buyurur ki, beş şey insanın orucunu batil edər: yalan, qeybət, söz gəzdirmək, yalandan and içmək və şəhvətlə baxmaq.

Oruc tutan insan gərək gözünə, qulağına və başqa bədən üzvlərinə nəzarət etsin və özünü naməhrəmlərin haram baxışlarından və batil sözlərdən qorusun.

Oruc tutan insan dilinə nəzarət etməlidir ki, qeybət etməsin, böhtan atmasın və yersiz sözlər danışmasın. İftarını açan zaman həddini aşmasın və israf etməsin. Şübhəli qidalardan çəkinsin.

İnsan qəlbi iftar etdikdən sonra ümid ilə qorxu arasında qalar. Düşünər ki, görəsən orucum qəbul olub, yoxsa yox.

Beləliklə, deyə bilərik ki, oruc dərəcələrə malikdir. Ümumi oruc, xüsusi oruc və xas insanların orucu. Əgər adi insan ancaq yemək və içməyini kəsməyi oruc hesab edirsə, xüsusi insanlar oruc zamanı bütün bədən üzvlərinə nəzarət edərlər. Xas insanlar isə qəlbləri ilə oruc tutarlar və Allahla rabitə qurarlar.

Həzrət Peyğəmbər (s) buyurur ki, mömin o zamana qədər ki, qeybət etməz – ibadət halında olar. Bundan başqa, orucu pozan rəzil sifətlər vardır ki, hər biri insanın oruc məqamını aşağı salar və onu dünyaya bağlayar. O cümlədən: şəhvətli baxışlara malik olmaq, bütün şərlərin açarı olan yalan danışmaq və yalandan şəhadət vermək, söz gəzdirmək...

Orucun sirri ondadır ki, tək ibadətdir ki, ondan bir bəndə xəbərdar olar, bir də Allah. Bu, elə ibadətdir ki, insanı riyadan saxlayar, əlbəttə ki, əgər dilinə hakim olarsa.

Oruc insanın həm cismini və həm də ruhunu islah edər və onu paklayıb, təharətli edər. İnsan oruc vasitəsilə çox sayda xəstəliklərdən uzaq olar və ruhu rahatlıq tapar.

Allahla arasında olan pərdələr aradan qalxar və Allah insana rəhmət nəzəri salar. Hər kimə ki, Allah rəhmət nəzəri salar – həmin bəndə Allahın dostlarından olar.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930