Peyğəmbərimiz (s) bu halda behişti zəmanət vermişdir
Mьəllif: admin1
Tarix: 11-02-2020, 22:30
Peyğəmbərimiz (s) bu halda behişti zəmanət vermişdir
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim mənim üçün beş şeyi öhdəsinə götürərsə, behişti onun üçün zəmanət edərəm.

1. Allah Təala ilə riyasız olmaq.

2. Onun Rəsulu (s) ilə riyasız olmaq.

3. Allah Kitabı ilə riyasız olmaq.

4. Allah dini ilə riyasız olmaq.

5. Müsəlmanlar ilə riyasız olmaq”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “6 şeyi mənim üçün öhdənizə götürsəniz, mən də behişti sizin üçün öhdəmə götürərəm:

1. Nə zaman danışsanız, yalan deməyin.

2. Nə zaman söz versəniz, vəfasızlıq etməyin.

3. Nə zaman sizi əmin bilsələr, xəyanət etməyin.

4. Gözlərinizi (harama) yumun.

5. Şəhvətinizi qoruyun.

6. Əl və dilinizi saxlayın”.

Allah Təala bizləri bu buyuruşlara əməl edənlərdən qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031