Qəlbimizin aramlığına necə çata bilərik?
![]() 1. Axirət azuqəsi haqqında düşünmək. İmam Əli (ə) İbni Abbasa yazdığı məktubda buyurur: “Sevincin ona görə olsun ki, axirətdə sənin üçün faydalıdır. Qəmin isə axirətdə nəyisə itirdiyinə görə olmalıdır. O şeyi ki, dünyada əldən verirsən – təəssüflənmə. Hümmətini dünyadan sonra olan ölüm üçün saxla”. 2. Dünyanın fani olmasına diqqət etmək. İmam Əli (ə) Salman Farsiyə buyurur: “Dünya qəmini zehnindən çıxart. Çünki ondan ayrılmaq yəqininə maliksən”. 3. Axirət mükafatlarına diqqət etmək. İmam Əli (ə) buyurur: “Dünyanın acılığı – axirətin şirinliyidir. Haram dünyanın şirinliyi – axirətin acılığıdır”. 4. Hələ gəlməyən günün qəmini yeməmək. İmam Əli (ə) buyurur: “Ey Adəm övladı! Hələ gəlməyən günün qəmini, bu gününə əlavə etmə! Əgər hələ gəlməyən gün ömründən olarsa, Allah sənə ruzi çatdıracaqdır”. Həzrət Əli (ə) başqa yerdə buyurur: “O kəs ki, Allahın verdiyi ruziyə razı olar, əlindən getdiklərinə görə qəmgin olmaz”. 5. Haram dünyaya eşq bəsləməmək. İmam Əli (ə) buyurur: “Hər kim haram dünyaya eşq bəsləyərsə, daxili qəmlə dolu olar. Qəlbini dünyadan qopartmaq, ona inanmaqdan daha xoşagələndir”. (Deyerler.org) Oxşar xəbərlər
|
|