İdmanın insan üçün əhəmiyyəti nə qədərdir? – Məsumların (ə) buyuruşları
![]() İdmanın əhəmiyyətini Məsumların (ə) mübarək dilindən eşidək. Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında güclü mömin, zəif mömindən daha sevimlidir”. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Oğlanlarınıza ox atmağı öyrədin ki, bu, düşmənin məğlub olmasına səbəb olar”. İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) bir gecə Fatimənin (s.ə) evinə gedir və Həsən (ə) ilə Hüseyn (ə) də onunla idilər. Həzrət (ə) o ikisinə buyurur: “Qalxın və güləşin”. Onlar ayağa qalxdılar və güləşdilər”. Həzrət Peyğəmbər (s) buyurur: “Möminin bütün əyləncələri üç şeydən başqa batildir: onlardan biri də at sürməyi təlim verməkdir...”. Həzrət Rəsulallah (s) buyurur: “Allah yanında ən üstün məşğuliyyət – at çapmaq və ox atmaqdır”. İmam Baqir (ə) buyurur: “Allahın Peyğəmbəri (s) at çapmaq müsabiqəsi təşkil edərdi, hədiyyəni isə öz malından verərdi”. Həzrət Peyğəmbər (s) buyurur: “Övladlarınıza üzməyi və ox atmağı öyrədin”. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: “Möminin ən üstün əyləncəsi – üzməkdir”. İmam Sadiq (ə) buyurur: “Sevinc on şeydədir: piyada getməkdə, at minməkdə...”. İmam Əli (ə) buyurur: “Hər kim (bədən) işi görər – güclü olar. Hər kim iş görməkdə səhlənkarlıq edər – zəif olar”. /Deyerler.org/ Oxşar xəbərlər
|