Kamil insan – ən böyük Allah sözüdür
Müəllif: Admin
Tarix: 16-01-2020, 21:37
Kamil insan – ən böyük Allah sözüdür
Allah Təala Qurani-Kərimdə Həzrət Məsihi (ə) Allah sözü kimi tanıtmışdır.

“(Yada sal) o zaman(ı) ki, mələklər dedilər: Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır”. (“Ali-İmran” 45).

Bu, ona görədir ki, kamil insan – Allahın ən böyük təcəllisidir. Kamil insan öz rəftar və əməllərində Allahı nişan verər.

Bu səbəbdəndir ki, İmam Əli (ə) buyurur: “Kamil insanın nişanə və kəlməsi: Peyğəmbər (s), Məsum İmamlardır (ə) ki, hamısı vahid nurdur, onlar kimisi mövcud deyildir”.

Allahın sözü Tövrat, İncil və Quran kimi səma kitablarında təcəlli etmişdir. Allahın sözü hər bir söz olmaqdan daha ucadır. Quranın həqiqəti budur ki, bütün hallarda Allahın kəlamıdır.

Bu kəlmələr isə hər bir mərhələdə İlahi məxluqdur ki, Allah onu yaratmışdır. Allahın xüsusi əməlidir ki, onun sayəsində həm Allahın kəlamıdır və həm də məxluqudur.

Bu səbəbdəndir ki, hər kim Quran oxuyar, ona deyilər ki, sən Allahla söhbət edirsən və onun məxluqunu dilə gətirirsən. Allah Quran vasitəsilə bizlərlə söhbət edir.

Beləliklə deyə bilərik ki, kamil insan yer üzərində Allahın təcəssümüdür. Onun dedikləri və etdikləri yer üzərində Allahın təcəllisi olar. Çünki kamil insan ancaq Allah kəlmələrindən istifadə edər və Allahın məxluqu olan Quran dili ilə insanlara xitab edər.

Kamil insanın dili, qulağı, gözləri Allahın təcəllisi olar. Nə edərsə, hər an Allahı yada salar və Allaha tərəf dəvət edər. Bu səbəbdəndir ki, kamil insanı bəzən Allahın kəlamı da adlandırırlar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31