Qadının cəmiyyətdə ən mühüm vəzifəsi barədə Ali dini Rəhbərin nəzəri
Mьəllif: admin1
Tarix: 16-01-2020, 21:33
Qadının cəmiyyətdə ən mühüm vəzifəsi barədə Ali dini Rəhbərin nəzəri
Ali dini Rəhbər qadının həyatda və cəmiyyətdə rolu barəsində buyurur: “Mən deyirəm ki, bir qadının elm sahəsində, araşdırma-tədqiqat və mənəviyyat sahəsində ifa edə biləcəyi ən mühüm rol – bir ana və bir həyat yoldaşı roludur. Bu rol, başqa digər işlərdən daha mühümdür.

Bu, onun başqa işlərindən daha mühümdür. Bu, elə bir işdir ki, onu qadından başqası görə bilməz. Tutaq ki, bu qadının başqa məsuliyyətləri də vardır. Ancaq bu məsuliyyət onun üçün birinci sırada durmalıdır.

Bəşər növünün davam etməsi, insanın daxili istedadlarının çiçəklənməsi bundan asılıdır. Cəmiyyətin ruhu sağlamlığı bundan asılıdır.

Bunu unutmaq lazım deyildir”.

Bəli, qadının əsil məsuliyyəti – ana olmaq və yaxşı həyat yoldaşı olmaqdır. Hər kim bu məsuliyyəti dərk edib, yerinə yetirərsə – o zaman həm ailədə hüzur olar, həm də cəmiyyətə sağlam şəxsiyyətlər təqdim olunar. Bu da cəmiyyətin sağlam olmasına və tərəqqi etməsinə gətirib çıxardar.

“Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız (hər biriniz digərinin zinəti, eyiblərini örtən və onu günahdan qoruyansınız)”. (“Bəqərə” 187).




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930