İmam Səccad (ə): Şəhadət bizim kəramətimizdir”
Müəllif: Admin
Tarix: 16-01-2020, 11:39
İmam Səccad (ə): Şəhadət bizim kəramətimizdir”
İmam Sadiq (ə) buyurur: “O kəs ki, Allah yolunda şəhid olar, Allah onu heç bir günahından agah etməz”. (Yəni, onun artıq günahı olmaz).

İmam Baqir (ə) buyurur: “Allah üçün heç bir damcı, Allah yolunda tökülən qan damcısından sevimli deyildir”.

İmam Əli (ə) buyurur: “Ölüm, tələsən və təqib edəndir. Ən əziz ölüm – (Allah yolunda) öldürülməkdir”.

İmam Səccad (ə) buyurur: “Öldürülmək – bizim adətimiz və şəhadət – bizim kəramətimizdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah, Onun yolunun mücahidini behiştdə başqalarından yüz dərəcə ucaya qaldırar ki, hər iki dərəcə arasındakı məsafə – yerlə göy arasında olan məsafə qədər olar”.

İmam Əli (ə) buyurur: “Allaha and olsun ki, əgər düşmənə görə şəhadət arzusunda olmasaydım, miniyimə minər və sizlərin arasından köçərdim və o zamana qədər ki, şimal və cənub küləyi əsməz – sizin axtarışınızda olmazdım”.

İmam Sadiq (ə) buyurur: “Behiştin bir qapısı vardır ki, adı “Mücahidin”dir. Mücahidlər öz silahları ilə onlar üçün açılan qapıya tərəf gedərlər, o halda ki, məxluqlar məhşərdə olarlar”.

İmam Əli (ə) buyurur: “Ölümdən qaçış yoxdur. Hər kim öldürülməzsə, ölər. Ən üstün ölüm – Allah yolunda öldürülməkdir”.


(ahliman.info)
Oxşar xəbərlər
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031