Ümmətin cahiliyyə dövrünə qayıtmasının qarşını almaq – Həzrət Fatimənin (s.ə) siyasi fəaliyyətinin hədəfi
Mьəllif: admin1
Tarix: 23-12-2021, 16:01
Ümmətin cahiliyyə dövrünə qayıtmasının qarşını almaq – Həzrət Fatimənin (s.ə) siyasi fəaliyyətinin hədəfi
Həzrət Fatimənin (s.ə) əxlaqi və ictimai rəftarı Həzrət Peyğəmbər (s) məktəbində formalaşmışdır. Peyğəmbərimizin (s) rehlətindən sonra Həzrət Fatimənin (s.ə) üzərinə başqa vəzifələr də düşdü. O, Peyğəmbərin (s) məsləhət bildiyi yollarla mübarizə edərdi.

Həzrət Peyğəmbər (s) vəfat edəndən sonra İslamın köhnə düşmənləri öz cahil dövrlərinə geri qayıtmaq üçün münasib şərait gördülər. Ancaq onların qüdrət əldə etməsinə İmam Əli (ə) və Həzrət Fatimə (s.ə) mane olurdu.

O zaman ki, bu cahil insanların oxları İmam Əlini (ə) hədəfə alırlar, Xanım (s.ə) onlara qarşı İslam bayrağını qaldırır və vilayətin müdafiəsinə qalxır.

O, başa düşürdü ki, əgər Əhli-Beyt (ə) öz nüfunuzu itirərsə, o zaman cəmiyyət əvvəlki halına geri qayıda bilər.

Ümmətin cahiliyyə dövrünə qayıtmasının qarşını almaq üçün, haqq olan vilayət bərqərar olmalı idi. Bu səbəbdən Həzrət Zəhra (s.ə) vilayəti öz haqqı olan yerinə qoymaq üçün səy göstərir və nəhayət, bu yolda şəhid olur.

Xanım Zəhra (s.ə) öz atəşli xütbəsində buyurur: “Hələ Peyğəmbərinizin (s) vəfatından iki gün keçməmişdir və qəlbimizdə olan yangın sönməmişdir – amma o şeyi ki, etməməli idiniz, etdiniz. O şeyi ki, sizə aid deyildi, apardınız.

Fitnə atəşinə düşdünüz. O şeyi ki, əkmişdiniz – bada verdiniz ki, cəhənnəm kafirlərin yeridir. Siz hara və fitnə yatızdırmaq hara? Yalan danışırsınız və doğru yoldan başqası ilə gedirsiniz”.

Bəli, Həzrət Zəhra (s.ə) haqqı bərpa etmək üçün əlindən gələni etdi və bu mübarək yolda şəhid oldu.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930