Bəsirət gözümüzü necə aça bilərik?
Müəllif: admin1
Tarix: 27-12-2019, 14:55
Bəsirət gözümüzü necə aça bilərik?
Bəsirət gözünün açılması üçün ilk lazım olan şey – zülmət pərdələrindən çıxa bilməkdir. Bu zülmət pərdələri ibarətdirlər:

- maddi bədənə aid olan pərdələr;

- küfr;

- şirk;

- Allahdan narazı olmaq;

- batil əqidə və fikir;

- rəzil əxlaq;

- boş xəyallar;

- maddi şeylərin əsiri olmaq...

Bir sözlə desək, insanın ruhunu Allahdan qeyrisinə tərəf cəzb edən hər bir əməl zülmət pərdəsi hesab olunur.

Bu pərdələrdən necə xilas ola bilərik?

Hər bir zülmət pərdəsindən xaric olmaq üçün, xüsusi yolla hərəkət etmək lazımdır.

Bu pərdələrdən bir dəfəyə xilas olmaq olmaz. Bu işi tədrici görmək lazımdır. Quran bizə bu pərdələrdən xilas olmağın yollarını öyrətmişdir.

“De: «Allahı qoyub, bizə nə bir xeyir verən və nə də bir ziyan vuran qeyrisinimi çağıraq (başqasına ibadət edək) və Allahın bizi hidayət etməsindən sonra (cahiliyyət dövrünə) qayıdaq?! (Cin) şeytanların(ın) yer üzündə avara-sərgərdan qoyduqları şəxs kimi (olaq)? Halbuki, onun «bizə tərəf gəl!» (deyib) hidayətə doğru çağıran dostları vardır (lakin o, sərgərdanlıq və çaşqınlığın çoxluğundan həmin dəvəti qəbul etmir)».

De: «Şübhəsiz, (həqiqi) hidayət – Allahın hidayətidir. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur»”. (“Ənam” 71).

“Və kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, şübhəsiz, möhkəm bir dəstəkdən yapışmış olur. Bütün işlərin aqibəti Allaha tərəfdir. (İnsanın əməlləri mükafat və cəza baxımından Allahın dərgahına qayıdar)”. (“Loğman” 22).

Zülmətli pərdələrdən çıxmaq üçün naqis elmi və əməli cəhdlər fayda verməyəcəkdir. Hər kim bu pərdələrdən çıxmaq istəyirsə, elmi kamil olmalıdır və nə edəcəyini bilməlidir. Həm elmi kamil olmalıdır və həm də əməli kamil olmalıdır. Yəni, Allahın verdiyi elm və öyrətdiyi əməl yolunda hərəkət etməlidir.

İmam Baqir (ə) buyurur: “Bir insanın kamalı – elm, bəsirət və dini tanımasıdır”.

Əgər insan suluk yoluna qədəm basarsa, gərək bu yolda ancaq Allahın buyurduqlarına əməl etsin və Allahdan qeyrisi onun üçün dəyərsiz olsun.

Ancaq bu zaman insanın bəsirət gözü açıla bilər. Ancaq bu zaman o, kamil mömin ola bilər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930