Nə zaman iki işi görməli olurdu, o ikisindən ən çətin olanı seçirdi – Peyğəmbərimiz (s) barədə hədislərdə
Müəllif: admin1
Tarix: 26-12-2019, 19:43
Nə zaman iki işi görməli olurdu, o ikisindən ən çətin olanı seçirdi – Peyğəmbərimiz (s) barədə hədislərdə
Həzrət Peyğəmbər (s) yaradılışın gövhəridir və onun sifətləri və əxlaqı bütün müsəlmanlar üçün örnək və nümunədir. Bu nümunəvi insanı hədislərin dili ilə tanıyaq.

İmam Əli (ə) buyurur: “(Peyğəmbərin (s)) ailəsi – ən üstün ailə, nəsli – ən üstün nəsil, şəcərəsi – ən üstün şəcərədir. Bu şəcərə (İlahi) hərəmdə cücərmişdir, kərəm tarlasında yetişmişdir. Və budaqları uzundur, meyvələri əlçatmazdır”.

Əmirəlmöminin (ə) başqa yerdə buyurur: “Şəhadət verirəm ki, Muhəmməd (s) – Allahın bəndəsi və rəsuludur. Onun ən üstün bəndəsidir. Allah xəlqi iki dəstəyə bölmüşdür və onu ən yaxşı dəstədə qərar vermişdir”.

Bu ayənin təfsirində: “Məgər (O,) səni yetim ikən tapıb, sığınacaq və pənah vermədimi?! (Və məgər səni zəmanəndə yeganə və tək tapıb bütün aləmi ətrafında cəm etmədimi?)”. (“Zuha” 6) İmam Baqir (ə) buyurur: “Yetim o kəsdir ki, onun kimisi yoxdur”.

İmam Rza (ə) buyurur: “Məgər (O,) səni yetim ikən tapıb, sığınacaq və pənah vermədimi?! (Və məgər səni zəmanəndə yeganə və tək tapıb bütün aləmi ətrafında cəm etmədimi?)”. (“Zuha” 6) Yəni, səni yeganə etmişdir və insanlar sənə tərəf gələrlər”.

“Məcməul-bəyan”da oxuyuruq: “O zaman ki, Peyğəmbər (s) ana bətnində idi, atası vəfat edir. İki yaşı olanda anası dünyadan gedir. 8 yaşı olanda babasını itirir”.

İmam Əli (ə) Peyğəmbərimiz (s) barədə buyurur: “Nə zaman iki işi görməli olurdu, o ikisindən ən çətin olanı seçirdi”.

İmam Rza (ə) buyurur: “O Həzrət (s) – yetim, yoxsul, çoban və muzd alan idi. Nə kitab oxumuş və nə də təhsil almışdı. Quranı gətirdi ki, orada Qiyamət gününə qədər peyğəmbərlərin (ə) dastanları, sərgüzəştləri, keçmiş və gələcəkdəkilərin xəbərləri vardır”.

Ənəs nəql edir: “Allahın Rəsulu (s) ən gözəl xasiyyətə malik insan idi”.

İmam Sadiq (ə) buyurur: “Allahın Peyğəmbəri (s) Allah onu seçəndən sonra söykənərək yemək yeməmişdir, padşahlar kimi olmağı sevməzdi. Amma biz bunu edə bilməzdik”.

Tövrat onun haqqında yazır: “Abdullahın oğlu Muhəmməd (s) nə pis dilə malikdir, nə küçədə və bazarda səs-küy salır, pisliyə pislik ilə cavab vermir, bağışlayan və güzəşt edəndir”.

Kəəb Əhbar nəql edir: “Biz Tövratda oxuyuruq ki, Muhəmməd (s) – seçilmiş peyğəmbərdir. Nə xasiyyəti tünddür, nə kobuddur, nə bazar və küçədə səs-küy salandır, pisliyə pisliklə cavab verməz, bağışlayar və güzəşt edər”.

Aişə nəql edir: “Allahın Rəsulu (s) yumşaq xasiyyətli və dahi insan idi. O, sizin kimi bir insan idi, bu fərqlə ki, həmişə üzündə təbəssüm olardı”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930