Cinlər də müsəlman və kafir olurlar
Mьəllif: admin1
Tarix: 21-12-2019, 20:22
Cinlər də müsəlman və kafir olurlar
Cin – görünməyən bir məxluqdur ki, onu Quran-Kərim təsdiq etmişdir. Onun bəzi sifətlərini bizə tanıtmışdır.

1. Atəşdən xəlq olublar. “Və cini (yaxud cinlərin əcdadını) odun ağ, qırmızı, qara şöləsindən yaratdı”. (“Rəhman” 15).

2. İnsan kimi məsuliyyətə malikdirlər. Onun da yaradılışında hədəf bəndəlik olmuşdur. “Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”. (“Zariyat” 56).

3. Onların hesab, kitab və cəzaları vardır. “Ey insan və cin dəstələri! Tezliklə sizinlə (əməllərinizin hesabı ilə) məşğul olacağıq”. (“Rəhman” 31).

4. Bəziləri mömin və bəziləri kafirdirlər. “(Allah, yaxud həmin mələk) deyəcək: «Siz də, sizdən qabaq (gəlib) keçmiş cin və ins(an) ümmətləri içərisində oda daxil olun».

Hər bir dəstə daxil olan zaman öz dindaşlarını lənətləyər. Nəhayət orada hamısı bir-birinə qovuşan zaman sonrakılar (tabe olmuş dəstə) əvvəlkilər (rəhbərlər) barəsində deyərlər: "Ey Rəbbimiz, bizi azdıranlar bunlardır, buna görə də onlara ikiqat cəhənnəm əzabı ver".

Allah buyuracaq: "Hər biriniz üçün ikiqatdır (rəhbərlər üçün yolu azmaq və başqalarını azdırmaq əzabı, tabe olanlar üçün isə azmaq və küfrü qüvvətləndirmək əzabı) və lakin siz bilmirsiniz”. (“Əraf” 38).

5. Onların da peyğəmbərə (ə) ehtiyacları vardır. Ona görə də Allah onlara da peyğəmbərlər (ə) göndərmişdir. “(Qiyamət günü Allah tərəfindən xitab olunacaqdır ki): "Ey cin və ins (insan) tayfası, məgər sizə özünüzdən Mənim ayələrimi (təkrar-təkrar) sizə oxuyan və sizi bugünkü görüşünüzdən qorxudan peyğəmbərlər gəlmədi?".

Deyərlər: "Biz öz əleyhimizə şəhadət veririk (bəli, peyğəmbərlər gəldilər və qorxutdular). Dünya həyatı onları aldatdı və (buna görə də) özlərinin əleyinə şəhadət verərlər ki, kafir olublar”. (“Ənam” 130).

6. Bəziləri İslam dinini qəbul etmiş və İslam Peyğəmbərinə (s) iman gətirmişdilər.

7. Namaz da onlar üçün vacib edilmişdir. “Belə isə, Allahı həmişə təsbih edin (xüsusilə) axşam düşərkən (məğrib və işa namazlarını qılmaqla) və sübh açılırkən (sübh namazını qılmaqla).

Göylərdə və yerdə (ixtiyari və qeyri-ixtiyari) həmd-səna Ona məxsusdur. (Günün bütün vaxtlarında həmd-səna Ona məxsusdur, xüsusi ilə) əsr zamanı (əsr namazını qılmaqla) və zöhr zamanı (günorta namazını qılmaqla)”. (“Rum” 17-18).



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930