Bu 7 sifətdən uzaq olmaq lazımdır ki, insan səadətini itirməsin
Müəllif: admin1
Tarix: 21-12-2019, 20:12
Bu 7 sifətdən uzaq olmaq lazımdır ki, insan səadətini itirməsin
Qurani-Kərim – insana səadət yolunu göstərən səma kitabıdır. Hər kim onun buyurduqlarını əməldə göstərərsə, o zaman səadət əhlindən olar. Əgər bunu bacarmaz və itaətsizlik edərsə, səadətdən məhrum olar.

Quranın nəzərinə görə, səadətdən məhrum olma amilləri vardır ki, onlardan uzaq durmaq lazımdır.

1. Allahı zikrdən etməkdən uzaq olmaq. “Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik”. (“Taha” 124).

2. İlahi əhkamlara qarşı üsyan etmək. “Kim Allaha və Onun peyğəmbərinə itaətsizlik etsə və Onun (müəyyənləşdirdiyi) sərhədlərini aşsa (Onun hökmlərinə qarşı çıxsa), (Allah) onu həmişəlik qalacağı oda daxil edəcək və onun üçün alçaldıcı bir əzab vardır”. (“Nisa” 14).

3. Dində bidət etmək. “Dillərinizin yalandan dediyinə (və heç bir dəlili olmadan bir şeyin halal və ya haram olması barəsində verdiyi hökmə) əsasən bu, halaldır və bu, haramdır deməyin ki, Allaha yalan yaxasınız (və Onun dinində bir bidətin əsasını qoyasınız). Əlbəttə, Allaha yalan yaxanlar əsla nicat tapmazlar”. (“Nəhl” 116).

4. Günah işlətmək. “Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!”. (“Şəms” 10).

5. Zülm etmək. “ Şübhəsiz, zalımlar nicat tapmayacaqlar”. (“Ənam” 21).

6. Qəflət. “Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. (“Əraf” 179).

7. Nəfsinin qulu olmaq. “Nəfsi istəyini öz məbudu etmiş və (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Allahın Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?”. (“Casiyə” 23).

Bəs bədbəxtliyi xoşbəxtliyə çevirən əməllər hansıdır?

Həzrət Peyğəmbər (s) buyurur: “Yerli verilən sədəqə, yaxşı əməl, ata və anaya yaxşılıq etmək, sileyi-rəhm – bədbəxtliyi xoşbəxtliyə çevirər, ömrü uzadar və pis hadisələrin qarşısını alar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930