Öz elmimizlə qürrələnməyək!
Mьəllif: admin1
Tarix: 21-12-2019, 11:39
Öz elmimizlə qürrələnməyək!
Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 8-9-cü ayələrində elmdə qüvvətli olan həqiqi alimlərin dua və istəklərindən söz açaraq buyurur:

رَبَّنَا لاَ تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً إِنَّكَ أَنتَ الْوَهَّابُ. رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لاَّ رَيْبَ فِيهِ إِنَّ اللّهَ لاَ يُخْلِفُ الْمِيعَادَ


“(Elmdə möhkəm olanlar deyirlər:) Ey Rəbbimiz! Bizi hidayət etdikdən sonra qəlblərimizi azğınlığa salma və bizə Öz tərəfindən bir rəhmət bəxş et. Həqiqətən, çox-çox bağışlayan Sənsən! Ey Rəbbimiz! Həqiqətən, Sən, barəsində heç bir şəkk-şübhə olmayan gündə insanları bir yerə toplayansan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz.”

Bildirişlər

1. Öz elm və biliyimizlə qürrələnməyək. Allahdan hidayət istəyək.

2. Gerçək elmin və elmdə möhkəmliyin nişanəsi Allaha diqqət və Ondan yardım diləməkdir.

3. Hidayət və azğınlığın meydanı qəlb və düşüncədir.

4. Düz yolda olmaq mühümdürsə, düz yoldan çıxmamaq daha mühümdür.

5. Daimi və minnətsiz hədiyyə və bəxşiş Allah tərəfindəndir.

6. Qiyamətə inanan şəxs öz aqibətindən nigaran olur və Allahdan yardım istəyir.

7. Vədə xilaflığın mənşəyi qəflət, acizlik, qorxu, cəhalət və ya peşmançılıqdır. Amma Allahın müqəddəs zatında bu halların heç birinə yer yoxdur.

8. Elmdə möhkəm olanlar gələcəyə və Qiyamətə göz dikmişlər.

9. Dünyadakı ruhi hallara diqqət və axirətdə əməllərə cavabdehlik həqiqi alimlərin nişanəsidir.

10. Qiyamət günü həm xalqın bir yerdə hesab-kitab üçün toplaşacağı, həm də mühakimədən sonra hər kəsin ayrıca öz yerini tutacağı fəzl günüdür.

11. Elmdə möhkəm olanların Qiyamətə yəqinlikləri var. Onlar Allahın vəfasına əmindirlər. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 2-ci cild, “Ali-İmran” surəsi 8-9-cu ayələrin təfsiri.)

Maide.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031