Ən aqil insan kimdir?
Müəllif: admin1
Tarix: 20-12-2019, 20:20
Ən aqil insan kimdir?
İmam Əli (ə) buyurur: “Ən aqil insan – o kəsdir ki, işin sonuna daha çox diqqət göstərər”.

Bəli, ancaq bu günü və sabahı görmək hünər hesab olunmur. Bəndə gərək sabahısı günü başına gələcəklərə də diqqət etsin.

Bəzən bu günün rahatlığı, öz ardınca sabahın əziyyətini gətirər. Bəzən isə əksinə – bu gün əziyyət çəkmək sabah rifaha çatmağı ərməğan edər.

Bəzən bu günün xataları sabahın rüsvayçılığını gətirər. Bəzən isə bəlalara səbir etmək insana behişti əta edər.

Günahkarlar var ki, belə zənn edirlər əgər günahlarını gizlətsələr, heç kəsin ondan xəbəri olmayacaqdır. Çünki heç kəs bu əməllərin izini tapa bilməz.

Ancaq o zaman ki, giriftar olarlar – öz qəflətlərindən agah olmağa başlayarlar.

O kəs ki, bir miqdar pula görə cinayət edər – sonda həbsxanaya sakin olar. Əgər əvvəlcədən bu işinin sonunu düşünsəydi, heç bir zaman oğurluq və ya qətl etməzdi.

Ona görə də Uca Allah buyurur ki, ən aqil insan – o kəsdir ki, sadəcə bu gününü düşünməz, sabah başına gələnlərin də fikrində olar.

Hər kim işin nəticəsi haqqında düşünər – günahdan amanda qalar. Çünki insan həyatı ancaq bu günlə bitmir. Bu həyatın sabahısı da vardır, Qiyaməti və bərzəxi də vardır, qəbir əzabı da vardır.

Ona görə də fürsəti əldən verməmiş və peşman olmamış, işlərimizin nəticəsinə diqqət göstərək. Ancaq bu zaman axirətin və dünyanın bəla və müsibətlərdən amanda qala bilərik.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930