Həkim lazım deyildir – Şeyx Rəcəbəli Xəyyatın dərsləri
Mьəllif: admin1
Tarix: 19-12-2019, 11:38
Həkim lazım deyildir – Şeyx Rəcəbəli Xəyyatın dərsləri
Ayətullah Fatimi Niya nəql edir: “O gecələrdə ki, mərhum Hacı Şeyx Rəcəbəli Xəyyat minbər başına çıxardı, onu bu məclisə Sənubəri ağa gətirərdi.

Bir gün Sənubəri ağa hazırlaşır ki, alimin dalınca getsin, xanımı uşağın əlindən əsəbiləşir və uşağın üzünə sillə vurur. Uşağı vuran kimi, xanımın beli əyilir və şiddətli ağrısı başlayır.

Sənubəri ağa xanımını bu vəziyyətdə görən zaman ona deyir ki, mən alimi minbərə aparmalıyam, sən də maşına min, alimi qoyandan sonra səni həkimə aparım.

Alimin evinə getdilər və o, maşına mindi. Sənubəri ağa alimə dedi: Həyat yoldaşımı həkimə aparmaq istəyirəm. Onun üçün dua edin.

Alim buyurdu: “Həkim lazım deyildir. Uşağı o cür vurmazlar. Uşaq üçün bir şey alın və sevindirin. Çətinliyiniz həll olacaqdır”.

Sənubəri ağa danışır ki, uşağım üçün oyuncaq aldım və ona verən kimi, sevindi. Xanımımın ağrısı tamamilə keçib getdi”.
(Deyerler.org)





Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031