İmam Əli (ə) insanın təfəkkür etməsinin təsirləri barədə
![]() Təfəkkür etmək insanın batini qüvvəsini inkişaf etdirir, hər bir çətinlikdən nicat yolunu ona göstərir. Təfəkkür edən insan istedadlarını bilqüvvədən bilfeilə çevirər. Bu yolla tərəqqi edər. Əmirəl-möminin (ə) davamlı olaraq insanları düşünməyə və təfəkkür etməyə dəvət edərdi. İmam Həsənə (ə) belə vəsiyyət edir: “Oğlum! Düşünmək, nur meydana gətirər. Qəflət etmək isə zülmət”. İmam Əli (ə) İmam Hüseynə (ə) belə buyurur: “O kəs ki, düşünər – ayıq olar”. İmam (ə) buyurur: “Təfəkkür edin ki, o, yolunu azmaqdan yol tapmaq və əməlləri sahmana salmaqdır”. İmam (ə) buyurur: “İnsanın düşünməsi elə bir aynadır ki, əməlinin yaxşı və pisini ona göstərər”. “Təfəkkür etmək – yol göstərəndir”. “Təfəkkür etmək – inkişaf mənbəyidir”. “Təfəkkür etmək – düz yola yönəldər”. “Təfəkkür etmək səni düz yola yönəldər və məad işlərini sahmana salmağa sövq edər”. “Heç bir elm, təfəkkürə bərabər deyildir”. “Təfəkkür etmək – pak aynadır”. (Deyerler.org) Oxşar xəbərlər
|