İmam Əlinin (ə) bu davamçısı niyə yıxıldı?
![]() Anidən taxta dağıldı və Abdullah yerə yıxıldı. Başı yarıldı və qan axmağa başladı. İmam (ə) göstəriş verir ki, su gətirsinlər və onun yarasını yusunlar. Sonra mübarək üzünü Abdullaha çevirib buyurdu: “Yaxına gəl!”. Sonra mübarək əlini onun yarasının üzərinə qoyur. Abdullah əvvəl çox ağrı hiss edir, amma sonra şəfa tapır. Həzrət (ə) buyurur: “Şükür olsun o Allaha ki, bizim ardıcıllarımızın günahını dünyada xoşagəlməz hadisələrlə yuyar və pak edər”. Abdullah deyir: “Ey Əmirəl-möminin! Məni agah edin ki, hansı günaha düçar olmuşam ki, bu xoşagəlməz hadisə başıma gəlmişdir? Onu bir daha təkrar etməyim”. Həzrət (ə) buyurur: “O zaman ki, əyləşdin, “Bismilləhir-Rahmənir-Rahim!” demədin. Məgər bilmirsən ki, Peyğəmbər (s) Allah haqqında belə buyurmuşdur: “O əhəmiyyətli işdə ki, “Bismillah” deyilməzsə, yarımcıq və azibətsiz qalar””. Abdullah deyir: “Qurbanın olum, indən sonra bu əməli təkrar etməyəcəyəm”. İmam (ə) buyurur: “Bu zaman səadətli olacaqsan”. (Deyerler.org) Oxşar xəbərlər
|
|