Zindandan həqiqi saraya gəlmək necə olur?
Mьəllif: admin1
Tarix: 7-12-2019, 14:22
Zindandan həqiqi saraya gəlmək necə olur?
İmam Səccad (ə) nəql edir: “O zaman ki, iş İmam Hüseyn (ə) üçün çətin oldu, yoldaşları ona baxdılar. Onu özlərinin tam əks halında müşahidə etdilər. Özlərinin rəngi qaçmışdı, bədənləri titrəyir, qəlbləri döyünürdü.

Halbuki İmam Hüseynin (ə) rəngi parlayırdı. Qəlbi və bədəni aram halda idi. Onlar bir-birinə dedilər: “Baxın, ölümdən heç qorxmur”.

İmam (ə) buyurdu: “Ey böyük nəsil! Ölüm körpüdən başqa bir şey deyildir ki, sizi çətinliklərdən asanlıqla dolu olan behiştə və cavidan nemətlərə çatdırar. Sizlərdən hansınız, zindandan saraya gəlmək istəməz?

Belə ki, ölüm sizin düşmənləriniz üçün saraydan zindana və işgəncəyə gəlmək kimidir.

Peyğəmbər (s) buyurur: “Dünya möminin zindanı, kafir üçün Firdovsdur”.

Ölüm – elə bir körpüdür ki, bəzilərini behiştə və bəzilərini də cəhənnəmə aparar. Mən nə yalan deyirəm və nə də mənə yalan deyilmişdir””.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930