Tanınmayan mələklər
Mьəllif: admin1
Tarix: 6-12-2019, 18:55
Tanınmayan mələklər
Həzrət Adəmin (ə) yerə enməsindən sonra bəzi mələklər də yerə enmiş və öz vəzifələrini yerinə yetirmişdilər. Allah Təala onları insanlara xidmət etmək üçün göndərmişdir.

Adətən Qurani-Kərim bizlərə dörd böyük mələyi tanıtmışdır ki, ibarətdirlər: Cəbrayil, Əzrayil, İsrafil və Mikayil. Ancaq Allahın mələkləri həddən artıq çoxdur. Onların tanınmayanlarının bəzisi ilə tanış olaq.

1. Cərmil. Bu mələyin vəzifəsi – insan həyatının müsbət tərəfə çevrilməsi üçün zəminələr yaratmaqdır. O, insanlara tərəfə gedər və həyatlarını yaxşı tərəfə dəyişdirməyə çalışar.

2. Hanil. Bu mələk – bir mələkdir ki, vəzifəsi xanımlarla bağlı olan mövzularda köməklik göstərməkdir.

3. İsmayil. İsmayil o mələkdir ki, səmada sakindir. Vəzifəsi budur ki, nə zaman bəndə Allahın adını çəkər, o, cavab verər ki, Allah rəhim və rəhmandır və onun səsini eşidir. Ona görə də hacətini söyləsin.

4. Zəhlil. Bu, o mələkdir ki, Allah Peyğəmbərinin (s) qəbrinin kənarında dayanar. Hər kim Həzrətə (s) salam verərsə, o da cavabını verər.

5. Şəmuel. Bu mələyin vəzifəsi – insanların nigarançılıq və narahatlığını aradan qaldırmaqdır.

6. Aril. Bu mələk insana dünya işlərində yardım edər.

7. Rahil. Bu mələk İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) nikah əqdini oxuyan mələkdir.

8. Cufil. Bu mələyin vəzifəsi – insan həyatında olan nəzmsizliyi və müvəffəqiyyətsizliyi aradan qaldırmaqdır.

9. Rakul. Bu mələyin vəzifəsi – insanlar arasında müsbət rabitələrin yaranmasını təmin etməkdir. İnsanlar arasında yaranan anlaşılmazlıqları həll edəndir.
(Deyerler.org)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930