Öz ölkəsinin qayda qanunlarına əsasən evlənən müsəlman, cahillik ucbatından şəri əqd oxutdurmayıb, onun və uşaqlarının təklifi nədir?
![]() Qısa cavab 1. Ən qısa vaxtda şəri əqdi oxutdursunlar. 2. Onların evlilik əlaqələri bilmədikləri vaxtda halal olmuşdur və uşaqları da halalzadədirlər. Əlavələr: Təqlid mərcələrinin bu suala cavabı belədir:[1] Həzrəti Ayətullahul üzma Sistani (Allah onun sayəsin uzun etsin): Əgər şəri əqdi oxutmayıblarsa, gərək tez bir vaxtda əqd siğəsini oxutsunlar, və onların övladları şəri uşaqlar sayılır. Həzrəti Ayətullahul üzma Məkarim şirazi (Allah onun sayəsin uzun etsin): Sual fərzində hal hazırda şəri əqd oxutdurmalıdırlar. Amma uşaqlar haramzadə hesablanmırlar. Həzrəti Ayətullahul üzma Safi gülpayqani (Allah onun sayəsin uzun etsin): Əgər məlum olsa ki, keçmiş əqdlər düzgün olmayıb, yenidən oxunmalıdır, Amma bu evlənmələrdən olan uşaqlar halalzadə hökmündədirlər. Həzrəti Ayətullahul üzma Nuri Həmədani (Allah onun sayəsin uzun etsin): O surətdəki, oxunmuş əqd məsələyə cəhl üzündən batil olubsa, yenidən əqd oxumalıdırlar, Amma uşaqlar haramzadə hesablanmırlar. Həzrəti Ayətullahul üzma Hadəvi Tehrani (Allah onun sayəsin uzun etsin): Ən qısa zamanda şəri əqd oxutdurmalıdırlar, Onların evlilik əlaqələri cahillik dövründə halal olub və uşaqlarıda halazadədirlər. [1] - Mərcəi təqlidlərin ofislərindən istiftaa: Sistani, Məkarim şirazi, Safi Gülpayqani, Nuri Həmədani (Allah onların sayəsin uzun etsin), İslam Kuest saytı tərəfindən Oxşar xəbərlər
|
|