Əgər Allah hər yerdədirsə, bəs qibləyə nə ehtiyac vardır?
Mьəllif: admin1
Tarix: 4-12-2019, 15:29
Əgər Allah hər yerdədirsə, bəs qibləyə nə ehtiyac vardır?
Dinimizin nəzərinə görə, qiblə olaraq təyin edilən məkan – Kəbə evi – ən müqəddəs məkandır ki, tövhidin ən qədim mərkəzi hesab olunur.

Belə sual yaranır ki, əgər Allah hər yerdədirsə, bəs qibləyə nə ehtiyac vardır?

Qurani-Kərim buyurur: “Şərq və qərb (Yer kürəsi, eləcə də şərq və qərbi olan bütün planetlər) Allaha məxsusdur. Odur ki,(bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız Allahın üzü (səmti) oradır. Şübhəsiz Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”. (“Bəqərə”, 115).

İbni Abbas yazır: “Bu ayə qiblənin dəyişməsinə aid olan ayədir. O zaman ki, müsəlmanların qibləsi Beytul-müqəddəsdən Kəbəyə tərəf dəyişir, müsəlmanlara irad tuturdular ki, məgər qibləni dəyişdirmək olarmı? Bu ayə nazil olur və onlara cavab verir ki, dünyanın şərqi də, qəbri də Allaha məxsusdur”.

Hədislərimiz buyurur ki, bu ayə müstəhəb əməllərə aiddir. Nə zaman insan ata minər, hansı tərəfə gedərək namaz qılarsa – həmin namaz doğru namaz olar.

Cabir nəql edir ki, Həzrət Peyğəmbər (s) bir dəstə müsəlmanı döyüş meydanına göndərir və gecə o zaman ki, qaranlıq hər yeri bürüyür, qibləni müəyyən edə bilmirlər. Hər dəstə bir tərəfə namaz qılır. Günəş çıxan zaman görürlər ki, hamısı qiblədən əks tərəfə namaz qılıblar.

Onlar Həzrət Peyğəmbərə (s) bununla bağlı sual verirlər və bu ayə nazil olur. Onlara elan edir ki, namazları bu halda belə doğrudur.

Qiblənin olması – əslində Allahın məkanını məhdudlaşdırmaq hədəfi daşımamışdır. İnsan maddi bir varlıq olduğu üçün gərək hansısa tərəfə namaz qılsın. Ona görə də göstəriş verilir ki, hamı bir tərəfə namaz qılsınlar ki, vəhdət pozulmasın. Dağınıqlar aradan qaldırılsın.

Dinimizin nəzərinə görə belə deyildir ki, əgər məscidlərin qapısı üzümüzə bağlı olarsa, Allah bəndəliyinin yolu da bağlanmış olsun. Xeyr, belə deyildir. Uca Allah həm şərqin və həm də qərbin xaliqidir. İnsan hansı tərəfə üzünü çevirsə, Allaha tərəf olar.

Beləliklə deyə bilərik ki, Allah hər yerdədir və onun məkanı yoxdur. Ancaq insan maddi varlıq olduğu üçün, hərc-mərcliyi aradan qaldırmaq və dağınıqlığın qarşısını almaq üçün qiblənin olması zəruridir.

Ancaq bu, o demək deyildir ki, insan bu yolla Allahın məkanını məhdudlaşdırmış olar. Xeyr, sadəcə müsəlmanlar bir tərəfə namaz qılaraq, vəhdəti qorumuş olarlar.

Müsəlmanların qibləsi elə bir müqəddəs məkandır ki, ən qədimi İlahi məkan nəzərdə tutulmuşdur. Yəni, Kəbəni Allahın evi adlandırmışdılar ki, bu da həmin məkanın müqəddəsliyini artırmış olur.

Əlbəttə ki, üzü qibləyə namaz qılmaq – əhkam baxımından vacibdir. Namaz üzü qibləyə qılınmasa – batildir. Burada söhbət bu mövzunun fəlsəfəsindən gedir. Bəlli olur ki, əsas etibarilə qiblə – ibadətin tənzimli olmasına, müsəlmanların vəhdətdə olmasına, namazda sıraların nizamlı olmasına, tövhidin nişanəsi olmasına xidmət edir və o cümlədən, müsəlmanlar üçün Allaha ibadətin rəmzi səmtini göstərir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031