İnsanın dəyər meyarı – İmam Əlinin (s) mübarək təqdimatında
Mьəllif: admin1
Tarix: 4-12-2019, 11:55
İnsanın dəyər meyarı – İmam Əlinin (s) mübarək təqdimatında
İnsanın gördüyü hər bir iş əgər adi iş olmazsa, nəfsani məbdəyə malik olar. İmam Əli (ə) bu haqda buyurur: “Hər kəsin dəyəri onun hümməti qədərdir”.

Hər kəs, hümmətinin ölçüsü qədər dəyərə malikdir. Qiyamət günü gələn zaman insanın zahirən yaxşı əməllərinə baxmazlar, onun niyyətinə baxarlar ki, əməllər hansı niyyətlə həyata keçirilmişdir.

Ona görə də İmam (ə) buyurur ki, hər kəsin dəyəri məhz bu hümməti sayəsində olacaqdır. Əgər hümmətinin hədəfi Allah olarsa, o zaman insan dəyər əldə edər. Əks halda heç bir yaxşı əməli qəbul olunmaz.

O zaman ki, bu ayə nazil olur: “Və (əvvəlcə) yaxın qohumlarını qorxut və xəbərdarlıq et”. (“Şuəra” 214), Həzrət Peyğəmbər (s) Qureyşin və Qureyşdən olmayanların başçılarını dəvət edir. O zaman İmam Əlinin (ə) on yaşı olardı.

Peyğəmbərimiz (s) Qurani-Kərimin bu ayəsini tilavət edir və qəbilə başçılarına üzünü çevirib, buyurur: “Özünə atəşdən nicat ver! Əgər kimsə mənim dəvətimi, nübuvvətimi və risalətini qəbul edərsə və əhkamı yerinə yetirməkdə səy edərsə, o, mənim xəlifəm olacaqdır. Sizlərdən kim mənim bu səsimə səs verər?”.

Onların arasından tək ayağa qalxan insan – on yaşlı İmam Əli (ə) idi.

Sonra Həzrət Rəsulullah (s) qəbilə başçılarının bir-bir adını çəkir və heç biri cavab vermir. Ancaq İmam Əli (ə) Peyğəmbərimizin (s) dəvətini cavablandırır.

Həzrət Peyğəmbər (s) buyurur ki, hər kəsin mərdliyi onun sədaqətindədir. Sədaqət ancaq dilə aid deyildir. Əgər insanın əməli dedikləri ilə uyğun olarsa, o zaman sədaqət olar.

Əgər əməli niyyəti ilə uyğun olarsa, o zaman sədaqət olar. Ona görə deyirlər ki, hər kimin sədaqəti olar – meyvəsi mərdlikdir. Hər kəs mərdliyinin ölçüsü qədər sadiq olar.

İmam Əli (ə) İslam ümməti arasında ən mərd şəxsiyyət olmuşdur. Onun bu mərdliyini məhz Peyğəmbərin (s) nida verdiyi gündə görmək olar.

Yaşının az olmasına baxmayaraq, o qədər mərd bir insan idi ki, Həzrətin (s) risalətini qəbul edir və bunu qəlbinin dərinliklərindən sədaqətlə deyir.

O, sədaqətli insan idi. Çünki dedikləri əməllərinə uyğun gəlirdi.

O, mərd insan idi, çünki sədaqətə malik idi.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031