İcazə verilən yalan hansıdır?
Mьəllif: admin1
Tarix: 1-12-2022, 10:56
İcazə verilən yalan hansıdır?
Yalan nədir? Bəs məsləhət görülən yalan nədir?

Yalan – o rəzil sifətlərdəndir ki, kəbirə günah hesab olunur. Bütün pisliklərin qapısı məhz yalandır. Hər kim o qapını açar, bütün pislikləri azad etmiş olar.

İmam Həsən Əsgəri (ə) buyurur: “Bütün xəbisliklər bir evdə qərar tutmuşdur və o evin açarı – yalandır”.

Yalan insanı imandan çıxardar və kafir edər. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, yalan imanın xarab olmasına bais olar və Quran buyurur: “Yalnız Allahın ayələrinə iman gətirməyənlər yalan uydurarlar və yalançı onlardı”. (“Nəhl” 105)”.

Yalan müxtəlif niyyətlər üçün deyilər, o cümlədən: düşmənçilik, həsəd, dünya mənfəətini qazanmaq, tamah... Onun ən mühüm amili isə nəfsin zəif olmasıdır. Başqa sözlə desək, yalanı zəif və tədbirsiz insanlar deyərlər. Güclü insan yalan deməz. Çünki ona ehtiyacı olmaz.

Yalanın hər bir növü haramdır. Ancaq elə yalan vardır ki, onu deməyə icazə verilir. Yəni, məsləhət görülən yalandır. Misal üçün, müsəlmanın canını xilas etmək üçün, əsir olmamaq üçün, möminin abırını qorumaq üçün, insanların arasını düzəltmək üçün, dostluq yaratmaq üçün, düşməni aldatmaq üçün, həyat yoldaşını razı salmaq üçün deyilən yalanlar. İnsan həyat yoldaşına yalan deyən zaman tövriyədən istifadə etməlidir. Belə ki, yalanı elə deməlidir ki, yalan sayılmasın.

Yalanın bu növü ona görə məsləhət görülür ki, ailə ocağı isti olsun və fəsad ora daxil olmasın. Bu zaman deyilən yalan caiz hesab olunar.

Hər bir halda yalan – kəbirə günahdır və ondan uzaq olmaq lazımdır. Ancaq istisna hallarda insan əmin-amanlığı qorumaq üçün yalan danışa bilər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031