Allah gözəldir və gözəlliyi sevir
Müəllif: admin1
Tarix: 12-10-2021, 22:24
Allah gözəldir və gözəlliyi sevir
İmam Əli (ə) buyurur: “Allah gözəldir və gözəlliyi sevir. İstəyir ki, nişanələri bəndələrində görünmüş olsun”.

Gözəllik elə bir şey deyildir ki, insanın özündən asılı olsun, bəlkə Allahın verdiyi bir nemətdir. Bu, elə bir nemətdir ki, insan onunla fəxr edə bilməz, çünki özü əldə etməmişdir. Lakin hədislərimizdə gözəl simaya malik olan insanlara xüsusi diqqət edilmişdir.

Belə ki, Peyğəmbər (s) buyurur: “Xeyiri gözəl üzlü insanların yanında tapın”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Yaxşı işləri gözəl üzə malik olanlardan gözləyin”.

İmam Baqir (ə) buyurur: “O şəxsin ki, gözəl üzü var və ətəyi iffətsizlik günahına bulaşmayıbsa – Allahın xüsusi bəndələrindəndir”.

Hədislərdə gözəl simalı və gözəl əxlaqlı insanlara o qədər diqqət edilmişdir ki, münafiq insanları ondan məhrum hesab edirlər.

Belə ki, İmam Sadiq (ə) buyurur: “Allah münafiqdə və fasiqdə gözəl simanı, dərki və xoş əxlaqı cəmləməz”.

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Allah münafiq üçün nurlu sima, dərk və gözəl əxlaqı cəm etməz”.

Gözəl simalı insan o kəsdir ki, insanların ürəyinə yatsın. İnsanların ürəyinə yatmaq fitrətin pak olmasından və ürəyin təmizliyindən qaynaqlanır.

Belə bir insanın ruhu da zahiri kimi pak və şəffafdır. Belə bir insan çox da gözəl olmasa da, bütün insanların sevimlisi olur və ürəklərini fəth edir.

Çünki bu insanların Allahla möhkəm rabitəsi vardır və insanlara da həqiqi hüzuru ötürə bilirlər.

Bu dünyada gözəl olmaq - nisbi məsələdir. Belə bir insan bir başqası tərəfindən gözəl hesab edilər, bir başqası tərəfindən isə çirkin.

Adətən o gözəllik əhəmiyyətə malik olar ki, yaşı artdıqca və ya hadislərin təsiri altında dəyişməsin, zədələnməsin.

Adətən ruhun gözəlliyi insanın simasında özünü göstərər. Gərək batin gözəl olsun ki, təsirini zahirə də versin.

Zahirin gözəlliyi qalıcı və əbədi deyildir. Lakin ruhun gözəlliyi cavidandır və insanın aqibətini xeyirli edər, insanı layiq olduğu məqama çatdırar. Ona görə də həqiqi gözəl o kəsdir ki, ruhu gözəl olsun.


Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031