Namaz qılanların 4 dəstəsi. Hansındayıq?
Müəllif: Admin
Tarix: 27-11-2019, 21:03
Namaz qılanların 4 dəstəsi. Hansındayıq?
Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim dörd dəstədən ibarətdir: Namazda səhlənkarlıq edənlər, namazı zay edənlər, namazı tərk edənlər, namazda müti olanlar”.

1. Namazda səhlənkarlıq edənlər. Həzrət Rəsuli-Əkrəm (s) bu dəstə barəsində buyurur: “Bir dəstə namaz qılır, ancaq namazlarında səhlənkardırlar. Ona görə də Vəyl onlar üçündür”. Vəyl isə cəhənnəmin təbəqələrindən birinin adıdır. “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar”. (“Maun”, 4-5).

2. Namazı zay edənlər. Həzrət Peyğəmbər (s) buyurur: “Bir dəstə gah namaz qılır, gah da qılmırlar. Ona görə də Ğəyy onlar üçündür”.

Ğəyy – cəhənnəmin alt təbəqələrindəndir. “Sonra onların arxasınca namazı zay edən və (nəfsi) istəklərə tabe olan canişinlər gəldilər. Buna görə də onlar tezliklə öz azğınlıqlarını(n əvəz və cəzasını) görəcəklər”. (“Məryəm (s.ə)”, 59).

3. Namazı tərk edənlər. Həzrət Peyğəmbər (s) buyurur: “Bir dəstə heç vaxt namaz qılmazlar. Səqər onlar üçündür”.

Səqər də cəhənnəmin alt təbəqələrindən biridir. Allah Təala buyurur: “(Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?». Deyərlər: «Biz namaz qılanlardan deyildik”. (“Muddəssir”, 42-43).

Namazı tərk edənlər də dörd dəstəyə bölünürlər:

a) İnkar üzündən namazı tərk edənlər.

b) Səhlənkarlıq üzündən namazı tərk edənlər.

c) Bəzi zamanlarda namazı tərk edənlər.

d) Namazın vacibini tərk edənlər. Yəni, namazın bəzi vacibatlarını yerinə yetirərlər, bəzilərini isə deyil.

4. Namazda müti olanlar. Həzrət Peyğəmbər (s) buyurur: “Bir dəstə həmişə namaz qılarlar. Namazlarında mütidirlər”.

Allah-Təala onlar haqqında buyurur: “O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar”. (“Muminun”, 2).

Allah Təala bizləri namazda müti olanlardan qərar versin!



/Deyerler.org/

Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031