Cənnət əhlinin xüsusiyyətləri
Müəllif: Admin
Tarix: 27-11-2019, 20:55
Cənnət əhlinin xüsusiyyətləri
“Ey Əhməd! And olsun izzət və cəlalıma! Bəndəm dörd əməli mənə görə etsə onu cənnətə daxil edəcəyəm: Dilini hifz edib yalnız lazım olan yerdə danışsın, qəlbini Şeytanın vəsvəsələrindən qorusun, hər yerdə Məni üstündə nazir bilsin. Oruc tutduğu zaman acılığı onun gözünün nuru olsun.”

“Merac” hədisinin bu hissəsində kamala çatmaq üçün lazım olan dörd şərti Allah insanlara çatdırır və kim bunları özündə cəmləşdirə bilsə, onları Cənnətlə müjdələmişdir.

Dörd şərtin ikisi insanın bədəniylə əlaqəlidir - dil və mədə. Digər ikisi də qəlb və insanın batini ilə əlaqədardır. Bunlardan biri mənfi, digəri də müsbətdir. Yəni, birincisi qəlbi şeytanın vəsvəsə və hiylələrindən qorumalı, ikincisi isə insan qəlbən davamlı şəkildə Allahı yanında hiss etməli, Onun bütün əməlləri gördüyü düşüncəsində olmalıdır.

İlk iki şərt nisbətən asandır, amma son iki şərt həqiqətən çox çətindir, bunun üçün çox çalışmaq lazımdır. İmam Sadiq (ə) də Şeytanın insanda sevmədiyi xüsusiyyətlər barədə belə deyir: “İblis dedi: “Beş nəfs var ki, onlara qarşı heç bir çarəm yoxdur.

Bunlar xalis niyyətlə Allaha sığınan və bütün işlərində Ona arxalanan, gecə-gündüz Allaha çox təsbih deyən, özü üçün bəyəndiyi şeyi mömin qardaşına da bəyənən, başına müsibət gələndə səbrsizlik etməyən, Allahın ona qismət etdiyinə razı olan və ruzi qəmi çəkməyənlərdir. Ancaq qalan bütün insanlar mənim ovcumun içindədir.””

Şeytanla mübarizənin yollarından biri də insanın dilinə hakim olması və qarnını çox yeməkdən qorumasıdır. Təbii ki şeytanın insanı öz tələsinə salması üçün müraciət etdiyi yollar yalnız bu ikisiylə məhdud deyil, onun hiylələri çox çoxdur, amma ən əhəmiyyətli və müvəffəq olduğu üsul bu ikisidir.

Çünki əgər insan mədəyə düşkün olmazsa, şəhvətinin qarşısını ala bilər, dili ilə çox danışmağın qarşısını ala bilsə, gözünü və qulağını da idarə edə bilər.

İnsandakı şüurun, anlama qabiliyyətinin və qəlbdəki rahatlıq və aramlığın itməsinin ən böyük səbəbi çox yeməkdir. Qarnını doldurmuş şəxs, fikirlərini cəmləyib dərs oxuya bilməz, namazda zehnini yalnız Allaha yönəldə bilməz və buna bənzər diqqət istəyən işləri düzgün bir şəkildə icra etməkdən məhrum olar.

İnsan, ən əhəmiyyətli xüsusiyyəti olan anlama qabiliyyətini, qarını tox olduğu zaman itirər. Fikirləşin ki bir quşun ayağına ağır bir daş bağlayırsınız o uça bilərmi? daşın ağırlığı nə qədər çox olsa quşun uçması o qədər çətin olar. İnsanın çox yeməsi də buna bənzəyir.

Çox şey yeyərək mədəni ağzınadək doldurmaq, ruhun Allaha doğru seyr etməsinin qarşısını alır. Nəinki seyr etmək, yerə çırpılıb nuraniyyət və çatmaq istədiyi bütün mükəmməllikləri itirməsinə səbəb olar.
Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031