Allah dostlarının fərqliliyi
Müəllif: Admin
Tarix: 27-11-2019, 20:51
Allah dostlarının fərqliliyi
“- Ey Əhməd! Cənnətdə əziz bəndələrim üçün ən ali cəvahiratdan qəsr hazırlamışam. Hər gün onlara yetmiş dəfə rəhmət nəzərimlə baxıb danışaram.

Hər dəfə onlara baxanda onların mülkünü yetmiş dəfə artıracağam. Cənnət əhli Cənnətdəki nemətlərdən ləzzət alanda Mənim adımı və kəlamlarımı zikr etməklə ləzzət alacaqlar.

- İlahi! Onların əlamətləri nədir?

- Onlar dünyada dillərini bihudə danışmaqdan və qarınlarını çox yeməkdən hifz edirlər. Ey Əhməd! Allahı sevmək kasıbları sevib onlarla dostluq etməkdir.

Allahın dostluğunu qazanmış insanlar bu böyük məqama boş-boş danışmayaraq və lazım olduğundan çox yeməyərək çatıblar. Allahın xüsusi bəndələri, yalnız Allah rizası, bədənlərinin Allaha itaət edə bilməsi üçün qidalanırlar və lazım olan həddən artığından çəkinərlər.”

Merac hədisinin bu hissəsində, ilk olaraq cənnətdəki saraylardan birinin xüsusiyyətləri izah edilir. Buradan anlaşılır ki, axirət nemətlərinin xüsusiyyətlərini əsla qavraya bilmərik.

Cənnətdəki nemətləri və oradakı həyatı bizim ağılımız dərk edə bilməz, çünki bu dünyanın xüsusiyyətləri ilə axirətin xüsusiyyətləri çox fərqlidir, bu səbəbdən də oranın yaşayış formasını xəyalımızda canlandıra bilmərik.

Ümumiyyətlə, bir şeyi tanıyıb, onun varlığının xüsusiyyətlərini biliriksə, bu beş duyğu orqanımız sayəsindədir, beş duyğu orqanın da bir şeyi tanıya bilməsi yalnız bu dünyadakı varlıqlar üçün etibarlıdır.

Axirət aləmi bu dünyadan fərqli olduğu və beş duyğu orqanı da oranı qəbul edə bilmədiyi üçün, axirəti insan tam mənasıyla, bütün xüsusiyyətləri ilə anlaya bilməz, hətta xəyalda edə bilməz.

Ayə və hədislərin axirəti dünyadakı nemətlər şəklində izah etməsində məqsəd, oranı azca da olsa düşünüb, xəyal edə bilməyimiz üçündür. Yoxsa, insan bu maddi xüsusiyyətləri ilə axirət həyatını qətiyyən olduğu kimi anlaya bilməz.

Yuxarıdakı hədisdə, ağılımızın qavraya bilməyəcəyi gözəllikdə cənnət saraylarından biri tanıdılır bizə. O bir saraydır ki, zümrüd, inci və müxtəlif qiymətli daşlardan inşa edilib. Bəzi hədislərdə, cənnətdəki sarayların qızıldan, gümüşdən inşa edildiyi və başqa hədislərdə də sarayın içinin bayırdan görünəcək şəkildə tikildiyi bildirilir.

Nəhayət cənnətdəki saraylar qiyamətə qədər dünyada inşa edilə bilməyəcək növdəndir. Oradakı ən pis ev, dünyadakı ən gözəl saraylardan min dəfələrlə daha mükəmməldir.

Cənnətin ən gözəl sarayları yalnız Allahın bəzi xüsusi bəndələri üçün ayrılmışdır. Özünü Allahın haramlarından qoruyanlar, cənnətdə dünyadakından daha gözəl olan yemək və içkilərlə mükafatlandırılacaqlar, möminlər bu nemətlərdən əvəzsiz ləzzət alacaqlar.

Lakin bu xüsusi saraydakı şəxslər bu qədər gözəl və növbənöv nemətlərə gözlərinin ucu ilə belə baxmazlar. Çünki onlar bütün bu gözəlliklərdən daha gözəl olana çatıblar, onlara şərab və yeməklərdən milyonlarla qat daha ləzzətli olan bir nemət verilib.

“Həqiqətən, Allah-təala möminlərin canlarını və mallarını (satın) aldı ki, (əvəzində) onlara Cənnət nəsib olsun.” (“Tövbə” surəsi, ayə 111).

Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031