Həzrət Adəmdən (ə) öncə insanlar olubmu?
Mьəllif: admin1
Tarix: 19-05-2022, 10:25
Həzrət Adəmdən (ə) öncə insanlar olubmu?
Ayə və hədislərə nəzər salan zaman görmək olur ki, Həzrət Adəmlə (ə) Həvva (ə) dünyada ilk insan olmamışdılar, onlardan öncə də insanlar olub.

İmam Baqirdən (ə) sual edirlərr ki, bu aləm öz həyatını başa vurandan sonra nə olacaqdır? İmam (ə) cavab verir: “Allah bu aləmdən başqasını xəlq edəcəkdir.

Orada yeni məxluqlar xəlq edəcəkdir ki, erkək və dişi olmayacaqdır. Siz xəyal edirsiniz ki, Allah sizdən başqa bəşər xəlq etməmişdir?

Allah minlərlə aləm və minlərlə insan xəlq etmişdir. Sən onun sonuncu aləmindəki, sonuncu insansan”.

Ancaq Quranın dili ilə bu suala cavab vermək bir qədər çətindir. Allah insanın xəlqi haqqında iki yerdə söz açmışdır. Biri ilk insanın necə xəlq olunması və o birisi isə necə artması haqqındadır.

Birinci dəstə ayələrdə buyurur ki, Həzrət Adəmi (ə) torpaqdan yaratmışdır. Bütün insanların kökü Həzrət Adəmə (ə) çatır. O, torpaqdan yaradılmışdı və onun əsl kök olduğunu nəzərə alaraq demək olar ki, bütün insanlar torpaqdan yaradılmışdır.

“Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən (onların birinci nəslində ilkin şəriət qanunlarına və ya qızlar üçün Cənnət oğlanları, oğlanlar üçün isə Cənnət qızları nazil etmək yolu ilə) çoxlu kişi və qadın (törədib) yaydı”. (“Nisa” 1).

Bu ayədən göründüyü kimi, bütün insanların nəsli Həzrət Adəmə (ə) qayıdır. Bu ayadən onu da görmək olur ki, insan nəsli bu iki insanın vasitəsilə çoxalmışdı.

Bəşər nəslinin Həzrət Adəmin (ə) nəsli olmasını və əvvəlki nəsillərə heç bir aiddiyyəti olmamasının səbəblərindən biri də budur ki, Allah özünü aləmlərin və bütün qorxanların hidayətçisi kimi tanıdır. Bu bəşərə “Adəm övladı” kimi xitab edir. Deməli Quranın müraciət etdiyi bəşər - Adəm övladlarıdır.

Beləliklə, deyə bilərik ki, bizim yaşadığımız bu Yer kürəsi hal-hazırda qucağını Adəm övladı üçün açmışdır. Ancaq keçmişdə və gələcəkdə kimlərin şahidi olmuş və olacaq onlar məlum deyildir.

Yer kürəsində yaşayan insanların hamısının əcdadı Həzrət Adəmdir (ə), başqa bir məxluq deyil. Biz hamımız Həzrət Adəmdən (ə) yaranmış sonrakı nəsillərik.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031