İmam Hüseyn (ə) niyə karvanı ilə Mədinədən Yəmənə getmədi?
Müəllif: Admin
Tarix: 13-09-2020, 21:46
İmam Hüseyn (ə) niyə karvanı ilə Mədinədən Yəmənə getmədi?
İbni Tavus, İmam Hüseynin (ə) qiyamı barədə İmam Sadiqdən (ə) nəql edir ki, Həzrət (ə) belə buyurub: “Muhəmməd Hənəfiyyə, İmamın Məkkədə olub, İraqa yola düşəcəyi gecədə onun hüzuruna gəlir və deyir:

“Ey qardaşım! Sən Kufə əhlinin atamıza və qardaşımıza vəfasızlığını bilirsən. Mən nigaranam ki, sənə də eyni cürünü etsinlər. Əgər Məkkədə qalsan, sən ən əziz insan olarsan”.

İmam (ə) buyurur: “Qardaşım! Mən ondan qorxuram ki, Yezid qanımı hərəmdə tökər və bu səbəbdən bu yerin hörməti aradan gedər”.

Muhəmməd deyir: “Əgər bu cəhətdən nigaransansa, Yəmənə və ya tanınmamış diyarlara köç ki, sən orada qorunmuş olarsan. Heç kəsin sənə əli çatmaz”.

İmam (ə) buyurur: “Bu haqda düşünürəm”.

Ancaq səhər açılan kimi İmamı (ə) yola hazırlaşan halda görürlər və Muhəmməd özünü İmama (ə) çatdırır və dəvəsinin yüyənindən tutub deyir: “Qardaşım! Məgər demədinmi ki, bu haqda düşünəcəkdən?”.

İmam (ə) buyurur: “Bəli”.

Muhəmməd: “Bəs nə oldu ki, belə tələsik yola düzəlirsən?”.

İmam (ə) buyurur: “Səndən ayrılandan sonra Allahın Peyğəmbərini (s) yuxuda gördüm və o, mənə buyurdu: “Ey Hüseyn! İraqa yollan, Allah səni öldürülən halda görmək istəyir””.

Muhəmməd: “Biz Allahdanıq və ona tərəf qayıdacağıq. Bu halda bəs xanımları hara aparırsan?”.

İmam (ə) buyurur: “Allahın Rəsulu (ə) mənə buyurdu: “Allah istəyir ki, onları əsir görsün””.

Bundan sonra qardaşı ilə xüdahafizləşib yola düzəldi”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930