Məhərrəmdən öyrənilməli 3 əsas dərs
Mьəllif: admin1
Tarix: 2-08-2022, 08:25
Məhərrəmdən öyrənilməli 3 əsas dərs
Məhərrəm ayı İmam Hüseyn (ə) aşiqlərinin göz yaşı baharıdır. 61-ci hicri ilinin Məhərrəm ayından indiyə qədər bu yangı və göz yaşları sönmür, qurumur. Tarix onun kimi faciəni görməmişdir.

Kərbəla bir hadisə deyildir, bu, bir dərs meydanı idi. Bəs biz bu müsibətdən hansı dərsləri almışıq?

1. Bəndəlik yolunda əzm göstərmək. Allah bəndəliyi ilk olaraq onunla başlayır ki, insan Allahın bəyənmədiyi işlərdən qaçsın və bəyəndiyi əməlləri yerinə yetirsin. Misal üçün, günahı tərk etmək üçün tövbə etsin. Hürr kimi xaliscəsinə tövbə. Hürrün tövbəsi həqiqi tövbə idi.

O, öz əməllərindən peşman olaraq, İmamın (ə) ayağına gəlir və İmamın (ə) onu bağışlamasını səmimi qəlbdən istəyir. İmam (ə) da onun bu halını görən zaman, onu əfv edir. Allah da onun tövbəsini qəbul edir.

Bu hadisədə Hürrün tövbəsi bəndəlik yolunda etdiyi əzmdən xəbər verir.

2. İzzəti nəfs. Allah Təala insana kəramət bəxş etmişdir. Onu xəlq etdiyi aləmin gülü elan etmişdir. Dünyada olan hər şey insana xidmət üçün xəlq edilmişdir. Ona görə də bu cür insanın özünü zəlil hala salması bəyənilməzdir.

İmam Hüseyn (ə) bu həqiqətin daşıyıcısı olduğu üçün, lənətlik Yezidə boyun əymir və izzəti-nəfsini qorumuş olur. Biz də Aşura hadisəsindən bu dərsi almışıq ki, bəzən ölmək, yaşamaqdan daha üstündür. Kəramətli ölüm, zəlil və xar halda yaşamaqdan daha üstündür.

3. Həyata qiymət vermək. Dünyanın dəyəri nədədir? Yaşamaq üçün səy göstərməkdən? Dünyanın özün üçün abad etməkdən? Bu suallara belə cavab vermək olar ki, həyata iki cür qiymət vermək olar.

Bir – maddi pəncərədən. Bir də İlahi pəncərədən. Əgər insanın hədəfi dünya olarsa, bütün səy və çalışması da onu abad etmək üçün olar. Yox, əgər insan axirəti dünyadan üstün bilərsə, dünyanın rifahı üçün axirətini satmağa heç zaman razı olmaz.

O kəslər ki, İmamın (ə) qanını tökdülər və o qədər zülm etdilər, əlbəttə ki, maddiyyatı sevənlər idi. O kəslər ki, İmamla (ə) çiyin-çiyinə vuruşmuşdular – onlar mənəviyyat əhli idilər.

Bu səbəbdən Aşura bizə xatırladır ki, məbada əlini axirətdən üzüb, dünya üçün yaşayasan. Çünki bu cür insanları sonu bəllidir. Əgər insanın Hürr kimi, Əbülfəzl Abbas kimi tək hədəfi Allahın razılığı olarsa, o zaman həm dünyasını və həm də axirətini qazanmış olar.

Aşuranın bizə verdiyi bu üç dərsdən ibrət götürək və bəndəlik yolunda səy göstərək.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031