Niyə bəzi insanlar başqalarına zülm edirlər?
![]() Çünki o kəsin ki, ruhu sağlam olar və sağlam şəxsiyyətə malik olar – belə insan heç bir zaman başqalarına zülm etməz. Əgər cəmiyyətdə olan zülm əhlini tədqiq etsək, görərik ki, bu insanların özləri təhqir görmüş və zülm görmüş insanlardırlar. Bəzən isə nadanlıq insanın başqalarına zülm etməsinə səbəb olar. Allahdan qafil olmaq, imansızlıq, təqvadan uzaq olmaq – bu kimi rəzil xislətlər bütün zülmlərin kökünü təşkil edir. “Əgər zülm edənlər (axirət) əzabı(nı) müşahidə etdikləri zaman həqiqətən bütün qüdrət və gücün Allaha məxsus olmasını və Allahın şiddətli əzab verən olmasını görsələr (çox peşiman olacaqlar)”. (“Bəqərə” 165). “Həqiqətən Allah kafir olub (özlərinə və başqalarına) zülm etmiş kəsləri bağışlayan və (doğru)bir yola hidayət edən deyildir”. (“Nisa” 168). /Deyerler.org/ Oxşar xəbərlər
|