Dərinin və saçların gözəl olması üçün İmam Rzanın (ə) bəzi tövsiyələri
Mьəllif: admin1
Tarix: 17-02-2019, 17:38
Dərinin və saçların gözəl olması üçün İmam Rzanın (ə) bəzi tövsiyələri
İnsanın yediyi yeməklər bədininə birbaşa təsir qoyar. Yediklərimizin ən çox təsir qoyduğu yer - üzümüz və saçlarımızdır.

İnsanın üzü öz əvvəlki təravətini itirən zaman, insan narahat olar və qocalıq stressinə düşər. Bu problemi aradan qaldırmağın bir çox yolları vardır. Onların bəzisi təbii və bəzisi isə dərmanların və estetik müdaxilələrin nəticəsində olur.

Təbii yollardan bəzisini bizə İmam Rza (ə) tövsiyə etmişdir. Əgər İmamın (ə) tövsiyələrinə əməl etsək, şübhəsiz ki, müsbət nəticə əldə edə bilərik.

- İmam (ə) bizə tövsiyə edir ki, yumurtanın ağını üzümüzə sürtək və onunla massaj edək. Bu iş dərini yumşaldar və daha lətif olmasına səbəb olar. Lakin yumurta yeyən zaman daha diqqətli olmaq laızmdır, çünki dəriyə əks təsir göstərə bilir.

İmam Rza (ə) buyurur: “Yumurtanı həmişə yemək (hər gün) üzdə çillərin yaranmasına səbəb olar”.

- Zeytun yağlarından istifadə etmək də üzü yumşaldar və cürükləri aradan qaldırar. İmam Rza (ə) tövsiyə edir ki, istirahət edən zaman dərinizi və sümüklərinizi zeytun və çiçək yağları ilə massaj edin.

- Dərinin massaj edilməsi də çox tövsiyə olunan əməllərdəndir. Belə ki, İmam Rza (ə) bu haqda buyurur: “O şey ki, bədənin güclənməsinə və təravətinə səbəb olar - bədəni massaj etmək, xoş ətir və yuyunmaqdır. Əgər ölü massaj vasitəsilə dirilərsə, mən inkar etmərəm”.

- Meyvələrdən istifadə edərək dərini təravətləndirmək mümkündür. Xüsusilə də limondan. Tərkibində olan turşular dərinin üzərindəki cürümüş hüceyrələri təmizləyər və üzü təravətli edər. İmam Rza (ə) da bu dəyərli meyvənin yeyilməsinə xüsusi əhəmiyyət verərdi.

- İmam (ə) üzün sarılığını aradan qaldırmaq üçün bəzi tövsiyələr etmişdir. Həmad ibni Mehran Bələxi deyir: “Bir gün İmamın (ə) davamçılarından biri sarılıqldan şikayət etdi. Həzrət (ə) buyurdu: “Xiyarın qabığını soy və onu su ilə bişir. Üç gün acqarına həmin sudan iç””.

- İmam buyurur: “Tövsiyə edirəm ki, soğanı çox yeməkdən çəkinəsiniz. Çünki çoxlu soğan üzün təravətini aradan aparar və üzə qəmgün kölgəsi salar”.

- İmam Rza (ə) zeytun yağı haqqında buyurur: “Zeytun yağı yaxşı qidadır. Ağızı xoşətirli edər və bəlğəmi aradan aparar. Üzün rənginə təravət qatar, əsəbləri gücləndirər. Xəstəliyi, ağrını, zəifliyi aradan qaldırar. Qəzəb atəşini yatızdırar”.

- İmam Rza (ə) buyurur ki, əncir saçları gücləndirər və uzadar. Bundan başqa, əncir cismi gücləndirər, həzmə yardım edər, susuzluğu aradan aparar. İmam Rza (ə) buyurur: “Əncirin olması ilə sizin başqa dərmanı ehtiyacınız olmaz”.

- Nar yemək dərinin şəffaf olmasına səbəb olar. Həmçinin İmam (ə) buyurur: “Nar yeyin ki, ağzınız pakizə və xoşətirli olsun”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031