Abdullah ibn Səba kim olub?
Müəllif: Admin
Tarix: 16-04-2019, 10:08
Abdullah ibn Səba kim olub?
Bəzi qərəzli iddialara görə, guya Abdullah ibn Səba şiə məzhəbini yaratmış şəxsdir. Onun barəsində məlumatlar çox ziddiyyətlidir.

Bəzi kitablarda qeyd edilir ki, Osmanın qətli, Cəməl savaşı Abdullah ibn Səbanın səyləri nəticəsində baş vermişdir. Hətta guya Abdullah Cəməl savaşından əvvəl tərəflərin sülhə razı olduğunu görüb qorxuya düşür ki, onlar birləşib Osmanın əsl qatillərini ələ keçirərlər (Abdullah özü də camaatı Osmanın əleyhinə qızışdırırmış).

Buna görə də onun tapşırığı ilə tərəfdarları hər iki cəbhənin sıralarına soxulub təxribat yaradır və qarşı tərəfə ox atmaqla döyüş alovunu qızışdırırlar.

İmam Əlinin (ə) xilafəti dövründə Abdullah ibn Səba guya o həzrəti tanrı, özünü isə peyğəmbər elan edir.

Tövbə etmədiyinə görə İmam Əlinin (ə) əmri ilə dərin bir quyu qazıyıb içində tonqal qalayır, Abdullahla tərəfdarlarını quyuya atıb yandırırlar. Əslində isə bütün bu rəvayətlər həqiqətdən uzaqdır.

Abdullah ibn Səbanın xəyali və qondarma obraz olduğunu görkəmli Misir alimi Taha Hüseyn “Böyük fitnə” kitabında qeyd etmişdir. Cəfəri məzhəbli məşhur tədqiqatçı alim Əllamə Seyid Mürtəza Əsgəri də “Abdullah ibn Səba əfsanəsi” adlı kitabında bu məsələyə aydınlıq gətirmişdir.

Alim sübuta yetirir ki, nə Abdullah ibn Səbanın, nə də banisi hesab edildiyi səbaiyyə firqəsinin mövcudluğunun heç bir əsası yoxdur. Bu barədə rəvayətlər Təbəri tarixindən götürülüb.

Təbəri isə bunları hicri 170-ci ildə (miladi 786-787-ci illərdə) vəfat etmiş Seyf ibn Ömər Təmimi Kufi adlı şəxsin dilindən rəvayət edib.

Seyf yalançı, iftiraçı, hadisələri dəyişdirib əksinə nəql edən ravi kimi tanınır. Abdullah ibn Səbanın qondarma şəxsiyyət olduğunu sübut edən başqa dəlillər də vardır; bu barədə müvafiq kitablara müraciət edilməlidir.
(islam.az)
Oxşar xəbərlər
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031