Borcu necə vermək lazımdır ki, Allah bəyənsin?
Mьəllif: admin1
Tarix: 17-04-2023, 13:37
Borcu necə vermək lazımdır ki, Allah bəyənsin?
Dinimiz ibadəti iki hissəyə bölür: maddi olmayan və maddi olan ibadətlərə. Maddi olmayan ibadətlərə: namazı, orucu və s. misal çəkmək olar. Maddi ibadətə isə zəkatı, xümsü, sədəqəni və digərləri göstərmək olar.

Borc vermək də maddi ibadətin bir növüdür. Dinimiz həmişə müsəlmanlara öz din qardaşlarına həm maddi və həm də mənəvi yardım etməyi tövsiyə edir və onun əcrlərini tanıdır.

Borc vermək ictimai mövzu olduğu kimi, həm də əxlaqi mövzudur.

Birincisi ona görədir ki, borc vermək məhəbbət və ülfət hissini gücləndirər. İkincisi isə insanda qardaşlıq və dostluq hissləri yaradar. Cəmiyyəti sələmdən qoruyar.

Qurani-Kərimdə borc sözü 13 dəfə işlənmişdir ki, daha çox həsənə mənasını verir. Quran buyurur ki, borc verməyin də ədəb və qaydaları vardır və müsəlman gərək onlara əməl etsin.

1. Abırı saxlayaraq verilsin.

2. Minnətsiz olsun.

3. Qarşı tərəfdən mənfəət gözləmək niyyətindən uzaq şəkildə olmalıdır.

4. Allahın razılığını əldə etmək üçün olmalıdır.

5. Meyil və əlaqə ilə olmalıdır, yəni insan özü bu işi görməyə könüllü olmalıdır.

“Allaha gözəl borc versəniz (mallarınızı Allah yolunda xərcləsəniz), mütləq sizin günahlarınızı təmizləyər və sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edərəm”. (“Maidə” 12).

“Allaha gözəl bir borc verin. Özünüz üçün öncədən göndərdiyiniz xeyir əməli Allah yanında daha gözəl və mükafat baxımından daha böyük tapacaqsınız”. (“Muzzəmmil” 20).

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim müsəlman qardaşına borc verər, ona verdiyi hər dirhəmə görə onun üçün Ühüd, Rəzəvi, Turi-sina dağlarının böyüklüyü qədər mükafat olar. Əgər borcunu geri almaq üçün həmin möminlə rəfaqət edərsə, Sirat körpüsündən hesab vermədən işıq sürəti ilə keçər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031