İmam Əlini (ə) Quran bizə belə tanıdır
Mьəllif: admin1
Tarix: 4-02-2023, 13:48
İmam Əlini (ə) Quran bizə belə tanıdır
Əmirəl-möminin (ə) kimi şəxsiyyəti tanımaq üçün doğru məlumatları ancaq hədislərdən və Qurandan ala bilərik.

Qurani-Kərim elə səma kitabıdır ki, hər bir müsəlman onun buyurduqlarını qəbul edir və inanırlar. Quranda İmam Əlinin (ə) məqam və fəzilətləri barəsində bir çox ayələr nazil olmuşdur. Onların cüzi hissəsinə diqqət edək.

1. Misal üçün, Uca Allah “Mübahilə” ayəsində İmam Əlini (ə) Peyğəmbərin (s) özü, canı kimi tanıtmış və buyurmuşdur: “Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih (ə) haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq.

(Həzrət Peyğəmbər bu hadisədə İmam Həsənlə (ə) İmam Hüseyni (ə) – oğulları, Həzrət Fatiməni (s.ə) – xanım və İmam Əlini (ə) –canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular). (“Ali-İmran” 61).

2. Allahın razılığının alıcısı. Qurani-Kərim bu ayədə İmamı (ə) Allahın razılığının alıcısı kimi təqdim etmişdir. “İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin (s) yatağında yatmış Əli (ə) kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır”. (“Bəqərə” 207).

3. İsmət və paklıq nümunəsi. “Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir”. (“Əhzab” 33).

4. Allahın vəlisi. “Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi – İmam Əli (ə) və onun rüku halında üzük bağışlamasıdır)”. (“Maidə” 55).

5. Ən üstün xəlq. “Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar”. (“Bəyyinə” 7).

6. Peyğəmbərin (s) itrəti. “Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm».

Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq (onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən, Allah bağışlayan və qədirbiləndir”. (“Şura”, 23)




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031