Behiştin qapılarını açan yeddi xislət
Mьəllif: admin1
Tarix: 22-02-2019, 21:36
Behiştin qapılarını açan yeddi xislət
Peyğəmbəri-Əkrəmin (s) imam Əliyə (ə) vəsiyyətlərinin birində belə buyurulur:

يَا عَلِيُّ، سَبْعَةٌ مَنْ كُنَّ فِيهِ فَقَدِ اِسْتَكْمَلَ حَقِيقَةَ اَلْإِيمَانِ وَ أَبْوَابُ اَلْجَنَّةِ مُفَتَّحَةٌ لَهُ

“Əli can! Yeddi xislətə malik olan hər bir kəs imanın həqiqətini kamilləşdirmişdir və cənnətin qapıları onun üzünə açıqdır:

مَنْ أَسْبَغَ وُضُوءَهُ

1. Dəstəmazını kamil alan;

وَ أَحْسَنَ صَلاَتَهُ

2. Namazını yaxşı qılan;

وَ أَدَّى زَكَاةَ مَالِهِ

3. Malının zəkatını verən;

وَ كَفَّ غَضَبَهُ

4. Qəzəbini udan;

وَ سَجَنَ لِسَانَهُ

5. Dilini (yersiz və nalayiq sözlərdən) qoruyan;

وَ اِسْتَغْفَرَ لِذَنْبِهِ

6. Günahından tövbə edib Allahdan bağışlanma diləyən;

وَ أَدَّى اَلنَّصِيحَةَ لِأَهْلِ بَيْتِهِ

7. Peyğəmbərin Əhli-beytinin xeyirxahlığını istəyən.”

(“Xisal”, Şeyx Səduq, 7-ci bölüm; “Məkarimul-əxlaq”, 1-ci cild, səh.433.)


Maide.az
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31