Allaha yardım etmək necə olur?
Mьəllif: admin1
Tarix: 22-02-2019, 11:22
Allaha yardım etmək necə olur?
Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə və Kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər”. (“Muhəmməd (s)” 7).

İnsan məhdud bir varlıqdır. Allahın ona yardım etməsi də məhduddur.

Ancaq Allah sonsuz və əbədidir. Yardımı sonsuz qüdrətindən qaynaqlanar. Allah bir neçə şeyi, bir neçə şeyin girovunda qərar vermişdir.

- Əgər insan Allahı yada salarsa, Allah da onu yada salar.

- Əgər insan yardım edərsə, Allah da ona yardım edər.

- Əgər şükür edərsə, bərəkəti artar.

- Əgər əhdinə vəfa edərsə, Allah da insana vəfadar olar.

İmam Əli (ə) buyurur: “Əgər Allaha yardım etsəniz, Allah sizə yardım edər və addımlarınızı möhkəmləndər.

Allah, xarlıq və çarəsizlik üzündən sizdən yardım istəmir. O, sizdən o halda yardım istəyir ki, Özü Əziz və Müdrikdir. Yerin və göyün ordusu onun əmri altındadır.

Yardım istəmək ona görədir ki, sizi imtahana çəksin. Yaxşılıqların ən üstün amillərini aydın etsin”.


Ona görə də bu mübarək ayədən belə nəticəyə gəlirik ki, iman əməldən asılıdır. Əgər imanın güclü olmasını istəyiriksə, gərək əməldə İlahi dinə xidmət edək.

İnsanın mükafatlanması və ya cəzalanması – onun əməllərindən asılıdır. Hər kim fikri, əməli, dili ilə İslama yardım edərsə, Allah da onu himayə edər. İlahi lütfü almaq insanın səyindən asılıdır. İlahi yardımlar arasında sabitqədəm olmaq – ən üstün yardımdır.

Allah hər zaman bizə əməllərimizdən artıq mükafat verir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930