Ayətullah Məkarim Şirazi düşmənin hiylələri barədə
Mьəllif: admin1
Tarix: 30-01-2019, 10:36
Ayətullah Məkarim Şirazi düşmənin hiylələri barədə
Ayətullah Məkarim Şirazi düşmənin hiylələri barədə müsəlmanları diqqətli olmağa çağırıb.

Qum hövzəsinin nüfuzlu ruhanilərindən olan Ayətullah-uzma Nasir Məkarim Şirazi düşmənin ruhanilərlər düşmənçilik apardığını diqqətə çatdıraraq deyib:

“İmam Xomeyni hövzənin yetişdirdiyi bir şəxs idi və bizim inqilabımız ruhanilərin əli ilə həyata keçdi. Elə bu səbəbdəndir ki, insanlar hər müsbət və mənfi işləri ruhanilərdən bilirlər.

Bu məmləkətdə müxtəlif inqilablar baş verdi, hansı ki, uğursuzluqla yekunlaşdı. Lakin hövzə tərəfindən idarə olunan inqilab müvəffəq oldu.

Düşmən deyir ki, ruhaniyyət olduğu zamana qədər dünyaya nümunə olan bu inqilab qalacaqdır.

Elə bu səbəbdən ruhanilərə zərbə vurmağa çalışırlar. Alimlərin qələmi şəhidin qanından üstündür.

Lakin bu yolunda təhlükələri çox böyükdür. Çünki hündür dağların kənarında daima quyular olur.”


Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031