Həzrət Zeynəbin (s.ə) mübarək adları
Mьəllif: admin1
Tarix: 29-11-2022, 10:59
Həzrət Zeynəbin (s.ə) mübarək adları
İnsana verilən ləqəblər onun şəxsiyyətinin aynası olar.

Həzrət Zeynəbə (s.ə) verilən ləqəblər - Xanımın (s.ə) tutduğu ali məqamlardan bəhs edir.

Zeynəb adını ona Allah qoymuşdur, yəni "atasının zinəti".
Ancaq Xanıma (s.ə) verilən ləqəblər ömür boyu malik olduğu elm və fəzilətlərinə görə verilmişdir ki, onlarla tanış olaq.

1. فَهِمهٌ غَیرُ مُفَهَّمه Yəni, müəllimi olmayan insan ki, dərk əhlidir. Bu ləqəbi Xanıma (s.ə) İmam Səccad (ə) vermişdir.

2. عالِمهٌ غَیرُ مُعَلَّمهٍ Yəni, müəllimi olmayan alimə. Bu ləqəbi də Xanıma (s.ə) İmam Səccad (ə) vermişdir.

3. عَقیلَهُ النّساءِ Yəni, qadınlar arasında ən aqil banu.

4. عَقیلَهُ بنی هاشم Yəni, Bəni-Haşim arasında ən aqil banu.

5. سَیدَهُ الْعَقائِلِ Yəni, aqil banuların banusu.

6. نائِبَهُ الزَّهراء Yəni, Həzrət Zəhranın (s.ə) canişini.

7. سُلالَهُ الْوِلایهِ Yəni, vilayət özəyi.

8. صِدیقَهُ الصُّغْری Yəni, kiçik yaşlı doğru danışan.

9. اَلْمُوَثَّقَهُ Yəni, etimad olunan banu.

10. اَلْفاضِلَهُ Yəni, fəzilətli banu.

11. بَطَلَهُ کرْبَلا Yəni, Kərbəla qəhrəmanı.

12. عَظیمَهُ بَلْواها Yəni, imtahanı böyük olan banu.

13. اَلْباکیهُ Yəni, ağlayan banu.

14. اَمینَهُ اللَّه Yəni, İlahi əmanətdar.

15. آیهٌ منْ آیاتِ اللَّهِ Yəni, Allah nişanələrindən biri.

16. مَظْلُومهٌ وَحیدهٌ Yəni, tək zülm görən.

17. بابُ حِطَّهِ الخَطایا Yəni, günahların bağışlanma qapısı.

18. قُرَّهُ عَینِ الْمُرْتَضی Yəni, Murtəzanın (ə) gözünün nuru.

19. اَلْکامِلَه Yəni, kamil banu.

20. قَرینَهُ النَّوایب Yəni, xoşagəlməz hadisələrin həmdəmi.

21. رَبیبَهُ الْفضْلِ Yəni, fəzilət ailəsində yetişən.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930