İnsanların ən ağıllısı kimdir?
Mьəllif: admin1
Tarix: 9-01-2019, 19:24
İnsanların ən ağıllısı kimdir?
İnsanların həyatında mühüm olan məsələlərdən biri də həyatın müxtəlif vəziyyətlərində özünü necə aparmağı bacarmaqdır.

Nə zaman əmr-be-məruf edib, nə zaman susmağını biləsən.

Nə zaman güzəşt edib, nə zaman hərəkət etməyini biləsən.

Nəyin pis olduğunu biləsən və dəyərləndirəsən.

Ona görə də dinimiz müsəlmanları aqil olmağa dəvət edir və buyurur ki, əgər aqil olarsansa, bütün bunların öhdəsindən gələ bilərsən.

İmam Əli (ə) buyurur: “Aqil o kəs deyildir ki, yaxşını pisdən ayırar. Əslində aqil o kəsdir ki, pisliklər içərisindən onların ən yaxşısını tanıyar”.

Yəni, yaxşını pisdən ayırmaq insan üçün hünər deyildir. Çünki heyvanlar da təbii halda özlərinə qarşı olan ziyanı və faydanı, pisi və yaxşını tanıyırlar. Misal üçün, hündür yerdə olan pişik ki, aşağı düşmək istəyir, əgər məsafə çox olarsa özü üçün düşməyə başqa yollar axtarar. Təhlükədən qaçar.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərin ən yaxşısı – ağıl sahibləridir”.

Sual verirlər ki, ağıl sahibləri kimlərdir?

Həzrət (s) buyurur: “O kəslər ki, gözəl əxlaqa malik olarlar.

Səbirli və vüqarlıdırlar.

Sileyi-rəhm edərlər.

Ata və analarına yaxşılıq edərlər.

Qonşuların və yetimlərin əlindən tutarlar, yemək verərlər.

Hamıya aşkar şəkildə salam verərlər.

O zaman ki, insanlar yuxudadırlar və qafildirlər, namaz (gecə namazı) qılarlar”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Dörd şey ümmətimin aqillərinə vacibdir”.

Soruşurlar ki, bu dörd şey nədir?

Həzrət (s) buyurur: “Elmə qulaq asmaq, qorumaq, yaymaq və ona əməl etmək”.

Həzrət Peyğəmbər (s) buyurur: “Bütün yaxşılıqlar ağılla tanınar. O kəsin ki, ağlı olmaz – onun dini olmaz”.

Həzrət Peyğəmbəri-Əkrəm (s) başqa yerdə buyurur: “Bilin ki, insanların ən aqili o kəsdir ki, Allahını tanıyar, ona itaət edər. Allah düşmənlərini tanıyar və onlara itaətsizlik edər. Öz əbədi yerini tanıyar və onu abad edər. Bilər ki, tezliklə ora səfər edəcəkdir və onun üçün azuqə götürər”.

İmam Əli (ə) buyurur: “Allah Təala mələklərin varlığında ağılı şəhvətsiz, heyvanların varlığında ağıl olmayan şəhvəti və insanın varlığında ağıl və şəhvəti bir yerdə qərar vermişdir. O kəsin ki, ağılı şəhvətinə qalib gələr, mələklərdən üstün olar. Hər kimin şəhvəti ağılına qalib gələr, heyvanlardan da pis olar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031