İsti havaya görə əxlaqımız gərək pisləşməsin
![]() Bu cür isti havalarda yatmaq çətinləşir, bədəndə su azalır, gündəlik fəaliyyət zəifləyir. Əgər isti hava sizin də əxlaqınıza mənfi təsir göstərirsə, mühüm qərarlar çıxarmaqdan çəkinin. İsti havalarda ola bilsin ki, kiçik bir qığılcımla kontrolunuzu əldən verəsiniz. O insanlar ki, tez stressə düşür və öz kontrollarını itirərlər, hətta istinin təsirindən ağır xəstəliyə düçar ola bilərlər. Bəzi insanlar üçün istiyə dözmək mümkün olmur. Bəs bunun qarşısını necə ala bilərik? Bunun üçün gün ərzində mayeni çox qəbul edin. Əgər istinin təsirindən halsız olduğunuzu hiss edirsinizsə, sərin yerə gedin və sərin su içməyə çalışın. Əgər günəşin şüası çox təsirlidirsə, evdə qalmağa üstünlük verin. Əgər idman etməyi sevirsinizsə, o zaman ya səhər tezdən və ya günəş batandan sonra idman etməyə çalışın. İsti havada bunu etməyin. Bir qədər səbirli olmağa çalışın və yada salın ki, yay günləri bitməkdədir və isti havaların yerini sərin və mülayim havalar alacaqdır. Tədqiqatlar göstərmişdir ki, isti havalar bizim əxlaqımıza rahat şəkildə təsir edə bilir. İnsanların əsəbiliyi daha da artır. Ona görə də özünüzü kontrol etməyə çalışın və sərin yerlərdə olmağa üstünlük verin. /Deyerler.org/ Oxşar xəbərlər
|