İnsanı haqq yolundan azdıran amil
Mьəllif: admin1
Tarix: 28-08-2017, 10:00
İnsanı haqq yolundan azdıran amil
Başqalarını haqq yolundan azdıran amillərdən ən başlıcası - haqqı gizlətməkdir. İslam dini bu işi şiddətlə tənqid edir və bəyənmir. Bu işi görənlər üçün də ağırlı əzab vəd edir.
Haqqı gizlətmək o deməkdir ki, İlahi maarifi, əhkamı, İlahi ayələri gizlədəsən. Ya da nazil olan ayəni elə təfsir edəsən ki, başqalarının yolunu azdırasan.
Qurani-Kərimdə dəfərlərlə bu mövzulara işarə edimiş və onlar pislənmişdir. “(Səma) kitab(ı) verdiyimiz şəxslər onu (Muhəmmədi (s) Tövrat və İncilin onu kamil tanıtdırması əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən onların bir dəstəsi haqqı bilərəkdən israrla gizlədir”. (“Bəqərə” 146).
“Və münafiqləri məlum etməsi üçün! (Elə ki,) onlara «gəlin Allah yolunda vuruşun, ya (öz ərazilərinizi) müdafiə edin!» - deyildi, dedilər: «Əgər biz döyüşməyi bilsəydik, mütləq sizə tabe olardıq!». Onlar həmin gün, imandansa küfrə daha yaxın idilər. Onlar həmişə ağızları ilə qəlblərində olmayan şeyi deyirlər. Allah onların gizlətdiklərini daha yaxşı biləndir”. (“Ali-İmran”67).
Allah Təala Quranda haqqı gizlədənlərin aqibətinə işarə edir:

1. Yalançı şəhadət vermək - haqqı gizlətməkdir: “(Lazım olan zaman) şəhadəti gizlətməyin. Kim onu gizlətsə, onun qəlbi günahkardır. Allah əməllərinizi biləndir”. (“Bəqərə” 283).

2. Atəş əhlidirlər. Kitab əhli Peyğəmbər (s) məbus olmazdan əvvəl onun gəlişini insanlara xəbər vermişdilər və nişanələrini də söyləmişdilər. Lakin o zaman ki, Həzrət Peyğəmbər (s) məbus oldu, onalr mal və vəzifələrinin əldə gedəcəkərini hiss etdilər. Ona görə də həqiqəti dandılar. “Şübhəsiz, Allahın kitabdan (səma kitabı olan Tövrat və İncildən) nazil etdiyini (alimlərin öz mənafelərinə görə camaat üçün haram etdikləri şeylərin halal olması barəsindəki ayələri) gizlədən və beləliklə də azacıq bir qazanc əldə edən kəslər qarınlarına oddan başqa bir şey daxil etmirlər (onların gizlətdikləri və ya əldə etdikləri o qazanc axirətdə od yemək şəklində zahir olacaqdır)”. (“Bəqərə” 174).

3. Allah onlarla danışmayacaqdır. “Həmçinin Allah Qiyamət günü onlarla danışmayacaq”. (“Bəqərə” 174).

4. Haqqı gizlədənlərin varlığında napaklıq yaranar. “Onları (əməllərinin pisliyindən) paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır”. (“Bəqərə” 174).

5. Həqiqəti gizlədənlər lənətə məruz qalar. “Həqiqətən (Muhəmmədin (s) peyğəmbərliyi və kitabı barəsində) nazil etdiyimiz aydın dəlillər və hidayətləri kitabda (Tövrat və İncildə) insanlara bəyan etməyimizdən sonra, (onları) gizlədən kəslər, məhz onlardır Allahın lənətlədiyi və həmçinin (bütün) lənət oxuyanların lənətlədiyi kəslər!”. (“Bəqərə” 159).
Hədislərdə də haqqı gizlətmək məzəmmət olunan əməllərdəndir. İmam Həsən Əsgəri (ə) buyurur: “Əgər kimdənsə elmi mövzuda sual olunsa və o, onu gizlədərsə - halbuki, onu demək vacibdir - Qiyamət günü atəşdən olan yüyən ilə məhşur olar”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930