Yeri yaddan çıxmış şeyin tapılması üçün hansı ayəni oxumaq lazımdır?
Müəllif: Admin
Tarix: 25-06-2020, 10:12
Yeri yaddan çıxmış şeyin tapılması üçün hansı ayəni oxumaq lazımdır?
"Nisa” surəsi Quranın dördüncü surəsidir. Bu surə hicrətdən sonra Mədinədə nazil olmuşdur. Həzrət Peyğəmbər (s) bu surənin fəziləti haqqında buyurur: "Hər kim "Nisa” surəsini qiraət edər, ona bənzəyir ki, miras qoymuş bütün möminlərə görə sədəqə vermiş olar. Ona qul azad etməyin əcri verilər. Şirkdən uzaq olar, İlahi iradə məqamında o kəslərdən olar ki, Allah onları bağışlamışdır”.

İmam Əli (ə) buyurur: "Hər kim "Nisa” surəsini cümə günlərində tilavət edərsə, qəbir əzabından amanda olar”.

İmam Sadiq (ə) buyurur: "Hər kim Nisa surəsini yazar və 40 gün evində saxlayarsa və qırxıncı günü onu evindən bayıra çıxardarsa, evin bayır divarının daxilində onu basdırarsa, bir daha o evdə heç kəs sakin olmağı və yaşamağı istəməz və ona rəğbət bəsləməz”.

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "Əgər "Nisa” surəsini yağış suyu ilə yusalar və qorxaq olan insan o sudan içsə, Allahın izni ilə aram olar”.

Əgər insan bir şeyi yerdə basdırar və sonra da onun dəqiq yerini unudarsa, "Nisa” surəsinin 58-ci ayəsini yeni qabda yazsın və sonra onu yağış suyu ilə yusun və təxmin etdiyi yerə səpsin, həmin basdırdığı yeri tapar.






/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031